96
1. Allah-taala məxfi və fitnəkar danışıqları puça çıxarır.
2. Pis məqsədlə yanaşı təhlükə də böyüyür. (Onlar “bir
yoxsul da bağa daxil
olmasın” söylədilər. Allah da bütün bağı yandırdı.)
3. Bəzən hərislik və xəsislik o qədər güclü olur ki, insan
bir yoxsula da əl tutmaq
istəmir.
4. Hərislik ruhiyyəsi,
məxvi qərar, qüdrətli addımlar Allahın iradəsi qarşısında
təsirsizdir.
5. Acı hadisələrin faydalarından biri insanın özünə gəlməsidir.
6. Ətrafdakıları bir şeydən məhrum etdikdə özümüz bir neçə şeydən məhrum oluruq.
(Bağ xadimləri yoxsulları meyvədən məhrum etdi, Allah onları öz mükafatından,
yoxsulların duasından, Ataların ruhunun razılığından, ictimai mövqedən məhrum etdi.)
7. Azlıqda da qalsaq haqq sözü deyək.
8. Etidal (ədalət, orta hədd) və düşüncə insanı yoxsullara əl tutmağa çağırır, hərislik
və xəsisliyin qarşısını alır.
9. Təbliğdə bütün fürsətlərdən istifadə edək.
Dünən haqq sözü dinləmək
istəməyənlər. Bu gün sakitcə qulaq asır.
10. Acı hadisələrin təhlilində öz bacaraqsızlığımızı etiraf edək, Allahı
pak və
müqəddəs sayaq.
11. Dünən yerinə yetirmədiyiniz işləri bu gün yerinə yetirin.
12. İnsanı ilahi lütflərdən məhrum edən onun özünə zülmüdür.
13. Əgər birlik təqva əsasında olmasa, sonda təfriqəyə çevrilər. (Öncə yoxsulları
məhrum etmək qərarına gəlmiş həmfikir qardaşlar sonradan bir-birini danlayır, günahı
bir-birlərinin boyununa atır.)
14. Başqalarının haqqının ödənməməsi insanın özünə zülmü, başqalarına qarşı
qiyamıdır.
15. Allah qarşısında öz zəiflik və pisliyimizi imkan həddində çox etiraf edək. (Həzrət
Əli (ə) “Kumeyl” duasında bu nöqtələrə işarə edir)
16. Dünya malı əlinizdən çıxanda Allahın lütf və mərhəmətinə ümid bəsləyin. Allah
əvvəlkində də üstününü sizə yetirər.
17. Sizin təminatınızda və əldən çıxanların əvəzinin
ödənməsində Allah imkan
sahibidir. Günahkarlar ümidlərini üzməsinlər, Allaha doğru qayıdış yollara açıq ikən
özlərini məhv olmuş saymasınlar.
18. Allaha doğru qayıdış heç vaxt gec deyil. (Bağ sahibləri bağı yanmış görüb qəflət
yuxusundan oyandılar, tövbə qılıb Allaha doğru qayıtdılar.)
19. Yoxsulun qəlbini sınıdırmağın dünyəvi və üxrəvi cəzası var.
20. Qiyamət cəzasına
iman xəsisliyə, azğınlığa və zülmə mane olur.
Dostları ilə paylaş: