ِمْكُحِل ْر َدَت نَأ َلَ ْوَل﴿﴾ٌموُظْكَم َوُه َو ىَداَن ْذِإ ِتوُحْلٱ ِب ِحاَصَك نُكَت َلً َو َكِ بَر َذِبُنَل ِهِ ب ر نِ م ٌةَمْعِن ُهَكَرا ﴾ َنی ِحِلا صلٱ َنِم ُهَلَعَجَف ُهُّب َر ُهاَبَتْجاَف﴿﴾ٌموُمْذَم َوُه َو ِءآَرَعْلاِب “(Risalətin müqabilində) Muzdmu istəyirsən ki, onlara bunu ödəmək ağır gəlsin?! Yoxsa qeybin sirləri onlara məlumdur, bunu yazırlar?! Rəbbinin əmri üçün səbr et, qüssə dolu qəlblə nida çəkən balıq sahibi (Yunus) kimi olma; əgər Rəbbinin mərhəməti ona çatmasaydı, şübhəsiz, otsuz səhraya düşərdi; bir halda ki, məzəmmətə layiq idi; Allah onu seçdi və ləyaqət verdiklərindən etdi.” Nöqtələr ◘”Məğrəm” sözü nöqsansız insana toxunan zərər mənasını bildirən “ğəramət”
sözündəndir.
◘”Musqəlun” sözü “siql” sözündən olub maddi və mənəvi ya ağırlıq mənasını
bildirir.
◘Qəlbi qəm-qüssə ilə dolu insana “məkzum” deyirlər.
◘Hazırkı surənin 46, 47-ci ayələri “Tur” surəsinin 40, 41-ci ayələrinə bənzəyir.
◘Allah Quranda öz peyğəmbərini 20 dəfədən çox səbr dəvət edir. Bəli, xalqın
tərbiyəsi üçün səbr və müqavimətə ehtiyac var.
◘”Şuəra” surəsində “mən sizdən muzd istəmirəm” cümləsi bütün peyğəmbərlərin
şüarı kimi təqdim olunur.
1
◘Kafirlər 45-ci ayədə “Allah əzabı dəyişməzdir” cümləsi ilə hədələnir. Bəli, Allahın
günahkarlara münasibətdə proqramı var. Buna görə də Peyğəmbərə (s) səbr etmək,
tələsməmək tövsiyə olunur.
◘Sual: Həzrət Yunusa verilmiş ilahi nemət nə idi?
Cavab: Balığın qarnında salamat qalması Yunusa verilmiş maddi nemət idi. Ona əta
olunmuş mənəvi nemət isə tövbəsinin qəbulu oldu. Çünki insan yalnız ilahi tövfiq
sayəsində tövbə qılır.
◘Sual: Həzrət Yunusa lütf olunduğu halda nə üçün otsuz biyabana atıldı?
2
Cavab: Xəstəlik üçün nəzərdə tutulmuş dərmanla birlikdə biyabana atılmaq da
lütfdür. Məzəmmətlə atılmaq isə qəzəbdir.