100
6. Tövbə tövfiqi (yardımı) ilahi nemətdir.
7. Quru səhralarda tənha buraxılmaq səbirsizliyin cəzasıdır.
8. Fəryad və nalə insanın daxilindən yüksəlməlidir.
9. Allah qarşısında tövbə və onunla söhbət ilahi nemətlərə aparan bir yoldur.
10. İnsanları bir səhvinə görə atmayaq. Onların zəifliklərini aradan qaldırıb iş
tapşıraq.
11. Peyğəmbər seçimi yalnız Allahın əlindədir.
Ayə 51, 52:
ُه نِإ َنوُلوُقَی َو َرْكِ ذلٱ ْاوُعِمَس ا مَل ْمِه ِراَصْبَأَِب َكَنوُقِل ْزُیَل ْاوُرَفَك َنیِذ لٱ ُداَكَی نِإ َو﴿
ِإ َوُه اَم َو﴿﴾ٌنوُنْجَمَل
﴾ َنی ِمَلاَعْلِ ل ٌرْكِذ لً
“Az qalmışdı kafirlər Quranı eşidəndə səni gözləri ilə sancalar. Deyirlər ki, o
divanədir. Hansı ki, Quran yalnız aləmlər üçün bir öyüddür.”
Nöqtələr
◘Bu surənin başlanğıcında Allah Rəsulunun (s) divanəlikdə itdiham edilməsinə işarə
olundu. Surənin hazırkı son ayəsində uyğun məsələ bir daha vurğulanır.
◘”Liyuzliqunəkə” sözü sürüşüb yıxılmaq mənasını bildirən “zəlq” kökündəndir və
ayədə həlakətə bir işarədir.
◘51-ci ayədə kafirlərin Quran ayələrini dinləyərkən möhkəm
qəzəblənməsinə işarə
olunur. Gözlə
sancmaq dedikdə ya göz dəymə, ya da “gözlə yemək” mənasını
nəzərdə
tutulur.
◘Kin-küdurət insanı ziddiyyətli hərəkətlərə vadar edir. Kafirlər bir tərəfdən Quranın
əzəmətini etiraf edib, paxıllıqdan Peyğəmbəri (s) öldürmək istəyir, digər bir tərəfdən onu
divanə sayırdılar.
Düşmən əli ilə vuruşur, dili ilə böhtan atır, Gözü ilə sancır.
◘Surənin başlanğıcında qələm və yazıdan danışıldı, sonunda Quranın aləmlərə öyüd
olduğu bildirildi.
Olsun ki, bu ifadələrlə mədəniyyətin aləmlər üçün oyanış
vasitəsi
olduğu bildirilir.
Dostları ilə paylaş: