“Musiqi və onun tədrisi metodikası”


Pifaqorun 7 ton musiqi nəzəriyyəsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Pifaqorun 7 ton musiqi nəzəriyyəsi
Ərəb İran və Avropa musiqişünaslarına görə, qədim yunanlar yeddi səma cisimlərindən hər 
birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş. 
O tonlar bunlardır: 
Yunanca:
Ərəb — İranca 
1.
Mi – Ay 1. Nəva 
2.
Fa – Merkuri (Utarid) 2. Busəlik 
3.
Sol – Venera (Zöhrə) 3. Rast
4.
Lya – Günəş 4. Əraq 
5.
Si – Mars(Mərrix) 5. Üşşaq 


6.
Do – Yupiter(Müştəri) 6. Zirəfkənd 
7.
Re – Saturn (Zühəl) 7. Rəhavi 
 
 
İNTİBAH DÖVRÜNÜN MUSİQİ MƏDƏNİYYƏTİ
 
Qərb musiqisi tarixində humanizm dövrü yeni xarakterli, yeni mövzulu incəsənətin inkişafı 
ilə bağlıdır. XIV-XVI əsrlər “humanizm” - intibah dövrü adlanır, renessans – latın dilində zəngin, 
yəni insani, bəşəri, fransızca – oyanma deməkdir.Humanizm mədəniyyətin hər bir sahəsində-
ədəbiyyatda, təsviri incəsənətdə, memarlıqda, musiqidə özünü göstərmişdir. 
Humanizm-insanpərvərlik deməkdir. Humanistlərin diqqət mərkəzində sadə insan obrazı 
dururdu. Humanist yazıçı və şairlərdən Dante, Bokkaçio, Petrarka, Rable, memarları və rəssamları 
Leonardo da Vinçi, Rafael Santi, Mikelancelonun və b. adları dahi sənətkarlar sırasına əbədi 
yazılmışdır.
Milli mədəniyyət elementlərinin əmələ gəlməsi, o cümlədən, milli musiqinin yetişməsi bir sıra 
ölkələrdə humanizm epoxası ilə bağlıdır. Humanuzm dövründə musiqi dili inkişaf edir, bütün yazı 
qaydaları təzələnir, musiqi poeziya ilə birləşir, polifoniya inkişaf edir. Musiqi dilində geniş şəkildə 
major və minor ladlarından istifadə etməyə başlayırlar. Bütün ölkələrdə xalq poeziyası və musiqi 
sənəti gur inkişaf edir. Humanizm dövrünün ən böyük nailiyyəti olan opera janrı əmələ gəlir. Xalq 
mahnıları və digər musiqi formaları bəstəkarların əsərlərinə böyük təsir göstərir. Xalq mahnı 
melodiyaları instrumental musiqiyə də təsir edir. Xalq musiqisinin təsiri hətta mürəkkəb polifonik 
musiqidə də hiss olunur.
O zamanlar İtalyada lyutnya, viola, orqan kimi alətlər geniş yayılmışdı. Bir sıra yeni janrlar və 
formalar əmələ gəlir. Bu mənada frottolalar və villanellaları göstərmək olar. Geniş yayılmış 
janrlardan biri də laudalar idi. Lauda dini xarakter daşıyan lirik, məişət mahnı növü idi. Laudalar 
evlərdə, yığıncaqlarda, hətta meydançalarda unison şəklində xorla ifa olunurdu. Melodiyalar xalq 
mahnılarından mənimsənilirdi. 
Xalq arasında oxunulan mahnılardan biri də balladalar idi. Ballada lirik mahnı, rəqs 
janrlarındandır. Solo və xor şəklində ifa olunurdu. Aristokratların sevdiyi janrlardan madriqalı 
göstərmək olar. Madriqal-sürü deməkdir, yəni onlar çoban mahnısıdır. Məişət musiqi janrlarından 
biri də kaççiya idi. Kaççiya - ov deməkdir. Kaççiyalarda janr səhnəcikləri göstərilirdi. Bəzən 
ovlarda olan müxtəlif səslər (itlərin hürməsi) təsvir olunurdu 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin