“Musiqi və onun tədrisi metodikası”


məqam əsasını təşkil edir. Şahnaz, Sarənc, ikinci növ Çahargah isə əlavə məqamlardır



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

məqam əsasını təşkil edir. Şahnaz, Sarənc, ikinci növ Çahargah isə əlavə məqamlardır. 
Rast ladı 
1ton -1ton- 0,5ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Rast» 
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın 
mayəsidir.Əsas Azərbaycan ladlarından «Rast»ı əmələ gətirmək üçün hər hansı bir tondan 1ton -
1ton- 0,5ton formulu üzrə tetraxord qurmaq lazımdır. Sonra buna birinci (qovuşuq) birləşmə 
üsulu ilə bir yuxarıdan və bir də aşağıdan bərabər tetraxordlar birləşdirilməlidir. Əmələ gələn 
səsqatarlarında orta tetraxordun birinci pərdəsi «mayə» adlanıb ladda tonika vəzifəsini görür: 
birinci oktavadakı do mayəli «Rast» ladı: 
Şur ladı 
 
1ton - 0,5ton -1ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Şur» 
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir
 
Əsas Azərbaycan ladlarından «Şur»u əmələ gətirmək üçün 1ton - 0,5ton -1ton formulu üzrə 
tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi «Şur» ladının mayəsi olacaqdır. Sonra 
buna birinci (qovuşuq) birləşmə üsulu ilə bir yuxarıdan və bir də aşağıdan bərabər tetraxordlar 
birləşdirilməlidir; məsələn: birinci oktavadakı re mayəli «Şur» ladı: 
 
Segah ladı 
0,5ton -1ton -1ton formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Segah» 
ladının səsqatarını əmələ gətirir.Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir
 
Əsas Azərbaycan ladlarından «Segah»ı əmələ gətirmək üçün 0,5ton -1ton -1ton formulu üzrə 
tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi «Segah» ladının mayəsi olacaqdır. Sonra 
buna birinci birləşmə üsulu ilə bir yuxarıdan və bir də aşağıdakı bərabər tetraxordlar 
birləşdirilməlidir; məsələn: birinci oktavadakı mi mayəli «Segah» ladı: 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin