199
Bakı şəhəri, Atatürk küçəsi, 27-ci evin 56-cı
mənzilində yaşayan
Kərimova Aygün Qədir
qızından
Ə R İ Z Ə
Məni mühasib vəzifəsinə keçirməyinizi xahiş edirəm.
İmza: (A.Q.Kərimov)
25.06.2013
Arayış.
İdarə, məktəb, ictimai təşkilat və s. tərəfindən müəyyən bir şəxsin
kim olduğunu və eləcə də digər faktları təsdiq etmək üçün verilən əməli yazı
növüdür. Arayışda aşağıdakılar olmalıdır: sol tərəfin üst küncündə idarənin
ştampı,
ortada sərlövhə, məzmun, arayışı təsdiq edən idarə rəhbərinin imzası və
möhürü.
Nümunə
A R A Y I Ş
Abdullayev Mehman Firudin oğlu Bakı şəhərində Azadlıq prospekti, 48-
ci evin 12-ci mənzilində yaşayır.
Arayış Rabitə Nazirliyinə təqdim etmək üçündür.
3 saylı Mənzil İstismar
İdarəsinin sədri İ.Q.İsmayılov
200
A R A Y I Ş
Məhərrəmov Abbas Həmid oğlu 1984-cü ilin sentyabr ayından Səbail
rayonundakı 49 saylı məktəbdə müəllim işləyir. O,
mənzil növbəsində
dayanmışdır.
Arayış Səbail Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmək
üçündür.
Məktəbin direktoru: Z.T.Məmmədov
Elan
( nümunə)
E L A N
15 iyun 2013-cü ildə, saat 14
00
-da akt zalında fakültə elmi şurasının iclası
olacaqdır.
G Ü N D Ə L İ K
1.
2011-2012-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr.
2.
Cari məsələlər
3.
Seçki
Dekanlıq
Dostları ilə paylaş: