203
4. Ailələrlə işin canlandırılması, valideynlərin pedaqoji cəhətdən
maariflənməsi, onlara metodik köməyin gücləndirilməsi pedaqoji kollektivdən
tələb edilsin.
5. Qərarla əlaqədar görülən işlər barədə
valideyn komitəsinin sədri
T.Mahmudovun məlumatı dinlənilsin.
6. Qərarın icrasına nəzarət məktəb şurasına (H.Quliyeva) və məktəb
rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.
S ə d r: (imza) R.Babaxanov
K a t i b: (imza) H.Hacıyeva
Akt
müəyyən bir faktı və hadisəni, məsələn, idarəni, müəssisəni və sairəni
başqasına təhvil verdikdə və yaxud aparılmış yoxlamanın nəticəsini və s. dəqiq
surətdə təsvir etmək lazım gəldikdə tərtib edilir. Aktda aşağıdakı
məsələlər əks
olunur: sərlövhə şəklində akt sözü, tərtib olunma tarixi, aktı tərtib edən şəxslərin
ad və familiyası, aktda qeyd olunan hadisəyə dair faktik məlumatlar, nəticə və
aktı tərtib edənlərin imzası.
AKT
(nümunə)
2011-ci il mart ayının 15-də pedaqoji fakültədə auditoriyaların
vəziyyəti
yoxlanıldı. Yoxlama zamanı aşağıdakılar müəyyənləşdirildi:
1. 137 və 139 №-li otaqlarda pəncərələr sınmışdır.
2. 129 və 147 №-li auditoriyaların qapıları bağlanmır.
3. Auditoriyadakı bəzi stolların üstü yazılmışdır.
Bu nöqsanlar həmin auditoriyalarda məşğələ keçən bəzi tələbələrin
intizamsızlığı, təsərrüfat işlərinə baxanların məsuliyyətsizliyi nəticəsində baş
vermişdir. Həmin nöqsanların üç gün ərzində aradan qaldırılması
üçün fakültə
dekanlığı və təsərrüfat işləri üzrə prorektor tədbir görsünlər:
Aktı tərtib etdilər:
1. (imza) İ.İsmayılov – fakültə həmkarlar ittifaqı
komitəsinin sədri
204
2. (imza) G.Əliyeva – 403-cü qrupun təşkilatçısı
3. (imza) H.İbrahimov – müəllim
Akta tanış edildilər:
1. (imza) C.Əzizov – fakültə dekanı
2. (imza) F.Seyidov – təsərrüfat işləri üzrə prorektor
Təliqə
(məktub forması): müəyyən bir idarənin başqa bir idarəyə və yaxud
vəzifəli bir şəxsə rəsmi xarakterdə müraciət etməsidir. Təliqənin sol tərəfinin üst
küncündə idarənin ştampı, həmin ştampda isə idarənin adı, ünvanı,
tarix və
göndərilmə nömrəsi qeyd olunur (nümunə).
Dostları ilə paylaş: