265
Artıq söz danışma, başı ağrıdar,
Hər deyilən sözə çıxma özündən,
Ötən bülbül olma məclisdə gəl sən.
Marağalı Əvhədi
Bu babda gərçi paz çoxdur,
Söz qapusu xatirə açuqdur.
Liykən qüləlüm muna qənaət,
Ta rəf olə işvəyi-şəfaət.
Məsihi
Bənd olmuşam şirin-şirin sözünə,
Sözləri qənd, ağızları piyalə,
Tutilər lal olur şirin dilindən.
Vaqif
Acı sözdən öz dilini dişlərsən.
Saib Təbrizi
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu
qanunlar sizin üçün müqəddəsdir
(Bialo).
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç
bir təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı
onu əhatə edən
adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə,
onun tarixi ilə heç bir
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç
bir bədiiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi
anlayışlar
və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə
bilməz
(K.D.Uşinski).
266
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər
Dostları ilə paylaş: