94
1.
O, Fərhadla Əhmədi götürüb kəşfiyyata – evin, həyətin necə
qorunmasını yoxlamağa getdi (M.İ.).
2.
Abşerondan – ölkəmizin ən zəngin neft mərkəzindən, dünyanın hər
tərəfinə neft məhsulları göndərilir.
Bu cümlələrdə
evin, həyətin necə qorunmasını yoxlamağa, ölkəmizin ən
zəngin neft mərkəzindən
söz birləşmələri fərqli intonasiya ilə tələffüz olunur.
Əlavələr danışanın məqsədindən asılı olaraq yüksək, həm də adi intonasiya, alçaq
səs tonu ilə deyilir. Əlavələr hər iki halda, yəni həm yüksək,
həm də alçaq
intonasiya ilə söyləndikdə cümlədəki başqa üzvlərdən intonasiyaca ayrılır, yüksək
avazlanmada ifadə edilən fikri qüvvətləndirdiyi kimi, alçaq intonasiya da eyni
rolu ifadə edir.
Mürəkkəb cümlələrin tələffüzü. Tabesiz mürəkkəb cümlələrin deyi-
liĢi.
Tabesiz mürəkkəb cümlələrin bir qismində onu əmələ gətirən sadə cümlələr
yalnız intonasiya ilə bir-birinə bağlanır. Başqa sözlə, tabesiz mürəkkəb cümlənin
müəyyən tipində (bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə)
məna əlaqələrini
(zaman, ardıcıllıq, ziddiyyət, səbəb, nəticə və s.) yaradan yeganə vasitə intona-
siyadır.
Bağlayıcısız tabesiz mürəkkəb cümlənin deyilişində intonasiyanın bir çox
növlərindən: sadalayıcı, xəbərdarlıqlı, aydınlaşdırma, ziddiyyət-qarşılaşdırma,
səbəb-nəticədən istifadə olunur.
Sadalayıcı intonasiyanın tərkib hissələri zaman və ardıcıllıq əlaqələri
əsasında bağlanan tabesiz mürəkkəb cümlələrin deyilişində özünü göstərir. Bu, bir
növ həmcins üzvlər arasındakı intonasiyanı xatırladır. Həmcins üzvlərdə əşyalar,
keyfiyyət, hərəkət və s. söz və söz birləşmələri vasitəsilə sadalanırsa,
mürəkkəb
cümlələrdə hadisələr bütöv cümlələrlə sadalanır. Tabesiz mürəkkəb cümlələrdə
sadə cümlələrin ifadə etdiyi hadisələrin bir-birinə yaxınlığı, bağlılığı dərəcəsindən
asılı olaraq onların deyilişi də müəyyən edilir. Əgər mürəkkəb cümlədəki təsvir
olunan hadisələr bir-biri ilə bağlı şəkildədirsə, onu
əmələ gətirən sadə cümlələr
arasında qısa fasilə edilir. Axırıncı cümlədən başqa, hər bir sadə cümlənin
sonunda səs tonu yüksəlir, axırıncı cümlədə isə bir qədər aşağı düşür. Belə tabesiz
95
mürəkkəb cümlələrdə sadə cümlələr bir-birindən vergül işarəsi ilə ayrılır. Məs.;
Xoruzlar banlayır, şəfəqlər qızarır, səhər açılırdı
(M.İ.). Bu sadə cümlələri həm
müstəqil cümlə, həm də mürəkkəb cümlənin tərkib hissəsi kimi oxumaq olar.
Sadə cümlələri ayrılıqda işlətdikdə hər cümlənin sonuna doğru səs tonu alçalır və
davamlı fasilə edilir. Bunlar mürəkkəb cümlənin tərkib
hissəsi kimi işləndikdə
cümlələrin sonuna doğru səs tonu yüksəlir, axırıncıdan başqa, digər cümlələr
arasında fasilə nisbətən azalır, sadə cümlələrin birində məntiqi vurğu altında
deyilən söz bütün ifadənin məntiqi mərkəzi olur.
Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə
təsvir olunan
hadisələr bir-biri ilə o qədər də bağlı olmazsa, belə tabesiz mürəkkəb cümlələrdə
tərkiblərdən birincisinin sonunda səs tonu bir qədər enir (nöqtədə olduğu qədər)
və nisbətən geniş fasilə edilir. Yazıda belə fasilə nöqtəli vergüllə göstərilir.
Hər tərəfdə sakitlik hökm sürürdü, kənd dərin sükut içində yatırdı; sükutu
yalnız kənddən bir qədər kənarda işləyən traktorun səsi pozurdu.
Aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz
mürəkkəb cümlələrdə birinci
cümlənin sonunda səs tonu alçalır, bir qədər geniş fasilə edilir. Danışan və oxuyan
ikinci cümlənin əvvəlində tələffüz edilməyən bağlayıcını fikrən düşünür, fasilə ilə
onun yerini doldurur.
Kamal mədəndəki müşavirəyə açıq alınla gedirdi; planı dolduran iki
briqadadan biri onunku idi
(M.İ.). Bu cümlədə qoşa nöqtədə edilən
fasilə
Dostları ilə paylaş: