64
64
Mənsubetmə operatoru.
Bu operatorun köməyilə
dəyişən və ya funksiyaya
ifadənin qiyməti mənsub edilir. Bu məqsədlə := işarəsindən istifadə edilir.
Operatorun ümumi yazılış forması aşağıdakı kimidir:
D:=A;
Burada D –
funksiya və ya dəyişənin adı, A isə ifadədir. Operator A ifadəsinin qiymətini
hesablayaraq, D-yə mənimsədir.
Prosedura müraciət.
Prosedura müraciət operatorunun ümumi yazılış forması
aşağıdakı kimidir:
prosedurun adı(faktiki parametrlərin siyahısı);
Qeyd etmək lazımdır ki, parametrsiz prosedur operatoru yalnız
prosedurun
adından ibarət olur. Operatorun yerinə yetirilməsi prosedur gövdəsində təsvir
edilmiş əməllərin aktivləşdirilməsinə səbəb olur. Operatorda
göstərilən faktiki
parametrlər, prosedur başlığında təsvir olunan formal parametrlərin tipinə, sayıma
və yerləşmə ardıcıllığına uyğun olmalıdır. Prosedur gövdəsinin aktivləşməsindən
əvvəl isə faktiki parametrlər formal parametrlərə ötürülür.
Şərtsiz keçid operatoru
Proqramlaşdırmada bəzi hallarda operatorun yerinə
yetirilməsi ardıcıllığının dəyişdirilməsi lazım gəlir. Bunun üçün goto şərtsiz keçid
operatoru
mövcuddur ki, onun yazılışı aşağıdakı kimidir:
goto nişan;
Bu
operatorun köməyilə idarəni prosedur və funksiyanın daxilinə və ya xaricinə
ötürmək olmaz. Turbo Pascalda istifadə olunan nişanın 0÷9999 intervalında tam
ədəd və adi identifikator tipi var. bütün nişanlar Label xidməti
sözü ilə başlayan
nişanın təsvir bölməsində göstərilməlidir. Məs., Label 5, 6, a;
Qeyd etmək lazımdır ki, goto operatoru struktur proqramlaşdırmanın
əksinədir və ondan proqramlaşdırmada istifadə edilməsi məsləhət görülmür. Bunu
nəzərə alaraq, goto operatorunun tez-tez istifadə edildiyi hallar üçün Turbo Pascala
Dostları ilə paylaş: