Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə36/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   72
informatika muhazireler adau aze

 


66 
66 
Mühazirə 6 
Strukturlu operatorlar. Massivlər 
Plan: 
1.
Strukturlu operatorlar. Mürəkkəb operatorlar.
2.
Şərt operatorları 
3.
Dövr operatorları 
4. Massivlər 
Daxilində başqa operatorlar olmaqla, onların ardıcıl yerinə yetirilməsini 
idarə edən operatorlar strukturlu operatorlar adlanır. 
Turbo Pascalda strukturlu operatorlar mövcuddur: 
-
mürəkkəb operatorlar; 
-
if şərt operatoru; 
-
case şərt operatoru; 
-
ön şərtli WHILE dövr operatoru; 
-
son şərtli repeat dövr operatoru; 
-
For dövr operatoru. 
Mürəkkəb operatorlar. Begin və end xidməti sözləri arasında yerləşən 
operatorlar ardıcıllığı bir operatorlar sayılmaqla mürəkkəb operator adlanır. 
Operatorun yazılış forması aşağıdakı kimidir: 
Begin 
operator_1; 
operator_2; 
....
operator_n; 
end. 
Məsələn, begin 
y:=3*x+a; z:=ln(a*x+15); s:=argtan(sqrt(1-z*z)/z); 
end. 


67 
67 
if şərt operatoru. İf ( əgər) operatoru bəzi şərtlərin doğru və ya yalan 
olmasından asılı olaraq operatorların yerinə yetirilməsi ardıcıllığını 
dəyişir.Şərt operatorunun ümumi formatı aşağıdakı kimidir: 
I IF THEN və ya
II IF  THEN  ELSE 
Burada İf (əgər), then (onda), else ( əks halda) mənasını daşıyır.
IF operatorunun birinci yazılış formasında məntiqi ifadənin qiyməti doğru 
olduqda then –dən sonrakı operatorlar yerinə yetirilir, yalan olarsa, idarə if 
operatorundan sonrakı operatora ötürülür.
IF operatorunun ikinci yazılış formasında operatorun yerinə yetirilməsi 
zamanı əvvəlcə nəticəsi yalnız Bul tipi olan məntiqi ifadə hesablanır. Nəticənin 
qiyməti doğrudursa (true) operatorlar_1, yalandırsa (false) operatorlar_2 yerinə 
yetilir.
Bu operatorda aşağıdakı sintaksis xüsusiyyətlərə əməl olunmalıdır: 
-
else xidməti sözündən əvvəl “;” qoyulmur; 
-
Then və else xidməti sözlərindən sonra yalnız bir operator olmalıdır. 
Əgər iki və daha çox operator yazmaq lazım gələrsə, onda mürəkkəb 
operatordan istifadə olunur. 
IF operatorunun iç- içə yazılışı aşağıdakı kimidir: 
IF THEN IF < məntiqi ifadə > THEN ELSE 
;
CASE şərt operatoru olmasına baxmayaraq tarixən seçim və ya variant 
operatoru adlandırılıb, bu operator if operatorunun ümumiləşdirilmiş formasıdır. 
Yəni operator çevirgəcin qiymətindən asılı olaraq, bir neçə əməliyyatdan birini 
yerinə yetirməyə imkan verir. 
Çevirgəc kimi case və of xidməti sözləri arasında yerləşən ifadədən istifadə 
olunur. İfadənin nəticəsi sıra tipi olmaqla 65535- i aşmamlıdır. Operatorun ümumi 
strukturu aşağıdakı kimidir: 
CASE < ifadə> OF 


68 
68 
:
< sabit_ 2>:< operator _2>; 
. . .
. . . 
< sabit n>:< operator _n> 
ELSE < operator _s> 
END; 
İfadənin qiyməti operatorlardan hansının yerinə yetiriləcəyini təmin edir. 
Belə ki, ifadə sabit_1 –in siyahısındakı qiymətlərdən birini alırsa, onda operator_1 
icra olunur və o biri operatorlar yerinə yetirilmir, bu proses anoloji olaraq 
operator_n-ə qədər davam etdirilir. Əgər ifadənin qiyməti sabit_1 –dən sabit_n -ə 
kimi siyahılardakı qiymətlrin heç biri ilə üst-üstə düşməzsə, operator_s yerinə 
yetirilir. Case operatorunda else budağı olmaya da bilər. Bu halda ifadənin qiyməti 
sabitlərdən heç biri ilə üst-üstə düşmürsə, case-də təsvir olunan operatorlardan heç 
biri yerinə yetirilmir və idarə operatorun sonu olan end xidməti sözündən sonrakı 
operatora ötürülür. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin