9.
Buraxılış işi
5
9.1.
Təhsil Proqramı buraxılış işi ilə tamamlanır.
9.2.
Buraxılış işinin qiymətləndirilməsi: ...
(Burada ixtisasın spesifikasından asılı olaraq
buraxılış işinin kim tərəfindən və hansı forma və metodlarla qiymətləndirilməsi
müəyyənləşdirilməlidir.)
10.
Məşğulluq və ömürboyu təhsil
10.1.
050105 - Fizika müəllimliyi
ixtisası üzrə proqramının məzunları Təhsil Proqramının
məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas
dərəcəsinə uyğun gələn
ümumi təhsil müəssisələrində, məktəbdənkənar təhsil
müəssisələrində, peşə təhsili müəssisələrində, orta
ixtisas təhsil müəssisələrində,
təşkilatlarda, idarələrdə, birliklərdə və s. sferalarda işləyə bilir
..
10.2.
Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının
məşğulluğuna dair müntəzəm
sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz veb səhifəsində
yerləşdirməlidir.
10.3.
050105 - Fizika müəllimliyi
ixtisası üzrə Bakalavr proqramının məzunlarının
təhsillərini aşağıdakı sahələr üzrə Magistr proqramlarında davam etdirə bilirlər:
-
060503 Fizika;
-
060104 Fizika müəllimliyi;
-
060604 Geofizika
mühəndisliyi;
-
060102 Fəlsəfə;
-
060609 İstilik energetikası mühəndisliyi;
-
060626 Elektrik mühəndisliyi;
-
060407 Menecment;
-
060107
Texnologiya müəllimliyi;
-
060115 İbtidai sinif müəllimliyi;
-
060117 Məktəbəqədər təlim və tərbiyə;
-
060118 Təhsildə sosial-psixoloji xidmət;
-
060119
Pedaqogika;
-
06024 Jurnalistika
-
MBA proqramı üzrə: 060409 Biznesin idarə edilməsi
10.4.
Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə
ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.