Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Cavab reaksiyası (geridönüş)



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   8   9   10   11   12   13   14   15   ...   78
Sofiya m

 
Cavab reaksiyası (geridönüş).
 
Dönüş, mənbənin ötürdüyü mesaja hədəf alıcının 
cavabıdır. Bu rabitə prosesinin son mərhələsidir. Geridönüş vasitəsilə mənbə 
kommunikasiyanın təsirli olub-olmadığı barədə məlumat əldə edir. Geridönüşlə 
kommunikasiya prosesi tərsinə çevrilir və bu dəfə hədəf mənbə, mənbə hədəf halına 
keçir. Üzbəüz ünsiyyətdə dərhal rəy alırıq. Buna “dərhal rəyi” deyilir. Kütləvi 
ünsiyyətdə, rabitə prosesində rəy alınması müəyyən bir müddətdən sonra baş 
verdiyinə görə, buna “gecikmiş rəy” deyilir. 
Geridönüş nə üçün lazımdır? 

Məqsədə çatıb çatılmadığını müəyyən edir; 

Mesajın nəzərdə tutulduğu zamanda nəzərdə tutulan hədəfə yetişdiyini göstərir; 

Mənbənin müvəffəq olub-olmadığını ortaya qoyur; 

Mesajı göndərmək üçün istifadə edilən kanalın effektivliyini göstərir və s. 
Qavrama və qiymətləndirmə.
 
Bu mərhələdə alıcının mesajları qavraması və 
qiymətləndirməsi reallaşır . Qavrama, insanın ətrafda baş verənlərin fərqinə varması 
və onları zəka süzgəcindən keçirərək şərh etməsi prosesidir. Fərdin yaşadıqları, 
içində var olduğu ictimai və sosial həyatı, malik olduğu əxlaqi-mənəvi dəyərlər onun 
qavrama qabiliyyətinə təsir edən mühüm amillərdir. Məhz bu səbəblərdən eyni 
mesaj fərqli insanlar tərəfindən müxtəlif anlamlarda qavranılır. 
Qavrama prosesindəki bu fərqlər həm daxili, həm də xarici faktorların təsiri ilə 
yaranır. Xarici faktorlara kişini digərlərindən fərqləndirən şəxsi keyfiyyətlər, onun 
məşğulluq dərəcəsi, gündəlik həyatındakı hərəkətlilik, yeniliklər və s. daxildir. 


Daxili faktorlar isə şəxsiyyət, ehtiyaclar, məqsədlər, motivasiya, inanclar, dəyərlər, 
münasibətlər, ümidlər, gözləntilər, arzu və istəklər, keçmiş təcrübə və vərdişlərdən 
ibarətdir. 
Beləliklə, mesajın tam qavranılması mənbənin və alıcının kifayət qədər bilik və 
bacarığa malik olmalarından çox asılıdır . Göndərən və alıcı simvollara eyni məna 
vermirsə, rabitə prosesi qüsurlu olacaq. 
Mesajın dərk olunması, anlaşılması da 
alıcının mənbəyə münasibətindən qaynaqlanır. Tədqiqatlar göstərir ki, eyni məlumat 
müxtəlif kateqoriyalarda fərqli formalarda qəbul edilir: 

Müdir və iş yoldaşı 

Dost, ya düşmən. 

Yad, yaxud yaxın adam 
Beləliklə, kommunikasiya prosesinin effektivliyi hər iki tərəfin mesajın 
məzmununa münasibətindən asılıdır. 
Mövzu 4.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin