Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


İşgüzar kommunikasiyanın təşkili



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
Sofiya m

 İşgüzar kommunikasiyanın təşkili 
İşgüzar kommunikasiya hər hansı bir ümumi işin uğurunu təmin edən, 
insanların müəyyən hədəflərə çatması üçün bir araya gəldikləri fəaliyyətdir. 
İşgüzar kommunikasiya iş yoldaşları, rəhbər və tabeliyində olan işçilər, 
tərəfdaşlar və rəqiblər arasında baş verir. İşgüzar kommunikasiyanın tərkibinə 
məzmun, hədəf, vasitə, funksiya, forma daxildir. 


İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət 
etdiyi üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər 
qururlar? Bu sualın cavabı birbaşa işgüzar 
kommunikasiyanın məqsədlərini
müəyyən edir. Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata 
keçirmək üçün lazımdır:
 

Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı; 

İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi fəaliyyətlərinə nəzarət və 
koordinasiya üçün; 

İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi və 
optimallaşdırılması proseslərində; 

İş prosesində fərdlərarası münasibətlərin qurulmasında. 
Fərdlərarası 
işgüzar kommunikasiyanın məzmunu 
da çoxtərəflidir: 

Maddi, yəni məhsul mübadiləsi; 

Koqnitiv, bilik mübadiləsi; 

Bacarıq və vərdişlərin mübadiləsi; 

Psixoloji və fizioloji vəziyyətlərin mübadiləsi (gülmək, əhval yüksəltmək, 
gülümsəyərək qəzəbləndirmək və s.); 

Həvəsləndirici mübadilə. 
Bütün hallarda isə kommunikasiyanın məzmununu bir insandan digərinə 
ötürülən informasiya təşkil edir. 
İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat, 
elmi, ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və 
kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının 
(müzakirə, söhbət, iclas və s) məzmunu kommunikativ niyyətdən və umulan 
nəticədən asılıdır. Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu 
informasiyanın məzmunu təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər 
məqsəd kimin isə mülahizələrini təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut 
və tənqidi fikirlərdən ibarət olmalıdır. 


“Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə, fəaliyyət dairəsi, 
təyinat və s. deməkdir.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin