Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


İşgüzar kommunikasiyanın formaları



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   12   13   14   15   16   17   18   19   ...   78
Sofiya m

İşgüzar kommunikasiyanın formaları: 
şifahi işgüzar kommunikasiya 
İşgüzar kommunikasiyanın ən geniş yayılmış formaları işgüzar söhbət, işgüzar 
görüş, konfrans, islac və sairədir. Bundan əlavə, daha müasir innovativ formalar – 
prezentasiya, dəyirmi masa, debat və s. də mövcuddur. 
Təqdimat.
Yeni yaradılmış müəssisə,layihə,məhsul və s.nin gözəl təqdimatını 
hazırlamaq və hər kəsi heyran etmək, yəqin ki çoxlarının arzusudur. İşinizdə sizə 
mütləq maraqlı təqdimat hazırlamaq və onu maraqlı formada təqdim etmək həmişə 
lazım olacaq. Hər hansı mövzuda təqdimat hazırlamaq üçün müəyyən təməl 
qaydalar var ki, bunlara əməl olunması məsləhətdir: 
Hər hansı mövzuda təqdimat hazırlamaq üçün əsas qaydalar bunlardır: 

Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü 
təqdim edin; 

Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın 
şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin; 

Təqdimatınızın dizaynına xüsusi önəm verin: göz üçün yorucu tünd 
arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan 
istifadə etməyin; 

Həddindən artıq animasiya göz yorucu olduğundan onlardan yerində və 
düzgün istifadə edin; 

Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın 
mövzusuna uyğun olmalıdır; 



Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən
ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin. 

İstifadə etdiyiniz mənbələri qeyd edin. 

Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs 
tonunuzu təqdimat zamanı düzgün idarə edin; 

Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və 
təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna 
əvvəlcədən hazırlaşın; 

Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə 
təşəkkür etməyi unutmayın. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin