Rəsmi- işgüzar sənəd nümunələri.
Rəsmi-əməli üslub, adından göründüyü
kimi, həyatın praktik tələbləri ilə bağlıdır. B Rəsmi işgüzar yazılı nitqin onlarla
sənəd növü vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə,
təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. Dövlət
əhəmiyyətli rəsmi sənədlər xüsusi ayrılmış adamlar tərəfindən hazırlanır, dövlət
başçısı tərəfindən imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan
(teleqram, anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə,
arayış, vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol,
müqavilə və s.) və iclas, toplantı, yığıncaq, konfransların qərarları-protokol, hesabat
və s. formasında olur. Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq
əməli üslubun tələblərini özündə əks etdirən əsas rəsmikargüzarlıq sənəd növlərini
aşağıda nəzərinizə çatdırırıq.
1. AKT.
"Akt" latın dilindən alınmış termindir, "aktos", "aktum" formasında
“hərəkət”, “fəaliyyət deməkdir. Müasir günümüzdə isə konkret bir sənəd növüdürş
Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün
tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni
qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə
təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə
çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş
komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması:
1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi
qeyd verilir.
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer
göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:
6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.
Dostları ilə paylaş: |