2.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA).
"Tərcümeyi-hal" ərəbcə
"tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən
düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü
haqqında tam məlumat verməsidir. Tərcümeyihalda şəxs özünün keçdiyi həyat
yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir.
Tərcümeyi-hala verilən tələblər:
1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;
2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili
və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;
3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl
sadalayır.
4. Ailə üzvləri haqqında qısa məlumat verir;
5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında
yazılma tarixi göstərilir;
23. TƏŞƏKKÜR.
"Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir işə
görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır.
24. TÖHMƏT.
"Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama",
"məzəmmət" mənalarını verir.Töhmət idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə
əmək kitabçasına və işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir. Məktəblərdə
şagirdlərə və tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə rəhbərlik
tərəfidən yazılı və ya şifahi töhmət verilə bilər.
25. ZƏMANƏT.
"Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdəsinə
götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında məhkəmə, prokuror
və ya müstəntiq müttəhimi azad edə bilər. Zəmanət əmək kollektivləri və ictimai
təşkilatlar tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır.
Mövzu 7.
Qeyri-verbal (sözsüz) kommunikasiya
Kommunikasiyanın mühüm sahələrindən biri də qeyri-verbal ünsiyyətdir.
Gündəlik həyatımızda bəzən şüurlu, bəzən də şüursuz şəkildə müxtəlif anlayışları
ifadə etmək və yaxud informasiya ötürmək üçün bir çox simvol və kodlardan istifadə
edirik. Ümumiyyətlə, fərqli anlayış səviyyələrində fərqli məlumat mübadiləsi
formaları mövcuddur. Şifahi və yazılı mesajlar tarixin heç bir dövründə yeganə
ünsiyyət forması olmamışdır. Ünsiyyət zamanı duyğular, hisslər, üz ifadələri, jestlər
yetərincə işlək olmuş, bəzi hallarda isə ünsiyyəti tənzimləyən, ona xüsusi anlam
qatan vasitəyə çevrilmişlər. Sözlə ifadə olunmayan kommunikasiya qeyri-verbal
ünsiyyət adlanır.
Müasir dövrdə qarşılıqlı söhbətlərdə, xüsusən işgüzar görüşlər zamanı
həmsöhbətimizin sözləri qədər onun davranışları, jestləri, mimikaları da xüsusi
əhəmiyyət daşıyır. Belə ki, söhbət zamanı bu tip qeyri-verbal ünsiyyət amilləri də
diqqətdən kənarda qalmamalıdır. Unutmaq lazım deyil ki, hər bir uğurlu işin
özülündə tərəfdaşınızla güvənli münasibətlər yaratmaq dayanır ki, bu da
dediklərimizdən ziyadə necə davranacağımızdan asılıdır.
Qeyri-verbal, sözzsüz ünsiyyət formasının elmi maraq və araşdırma obyektinə
çevrilməsi yeni hadisədir. Şifahi və yazılı ünsiyyətə daha çox üstünlük verildiyi,
məhz bu ünsiyyət formalarının sənət səviyyəsinə yüksəldiyi müasir cəmiyyətimizdə
qeyri-verbal ünsiyyət bir qədər arxa planda qalmışdır. Bunun digər səbəbi də
fərdlərarası, üz-üzə ünsiyyətin yalnız danışıqla kifayətlənməsi kimi yanlış bir fikrin
son zamanlara qədər dominant olması ilə bağlıdır. Bir sözlə, ünsiyyətin təbiəti ilə
bağlı bu yanlış düşüncə insanın eşitmə qabiliyyəti qədər əhəmiyyətli olan vizual
kanalları ilə yaranan sözsüz ünsiyyəti uzun müddət diqqətdən kənarda qoymuşdur.
Halbuki qeyri-verbal ünsiyyət, vizual və əyani kodlarla münasibət yaratmaq,
informasiya ötürmək ənənəsi insanların ünsiyyət tarixi qədər qədimdir.
İlk insan cəmiyyətindən tutmuş bu günə qədər müəyyən kodlarla, simvol və
şəkillərlə anlaşmaq, əşyalardan istifadə edərək xəbərləşmək, fikir mübadiləsi
aparmaq bütün xalqların tarixində mühüm yer tutur. Verbal ünsiyyət formaları qədər
qeyri-verbal ünsiyyət də xalqın milli-mənəvi kökləri, dini inancları, coğrafi və sosial
mühitləri ilə sıx bağlıdır. İstər qədim mifoloji görüşlərdə, istərsə də klassik
Azərbaycan ədəbiyyatında əşyalar vasitəsilə xəbər uçurmaq, gözlərlə söz demək, bir
baş hərəkəti ilə hökm vermək və s. kimi sözsüz ünsiyyyət nümunələrinə rast gəlmək
olar. Hətta yazının inkişaf tarixində rast gəldiyimiz əşyavi yazı da qeyri-verbal
ünsiyyət formalarından biridir.
Araşdırmalara görə, müəyyən edilmişdir ki, qarşılıqlı ünsiyyət prosesinin 60-
80%-i sözsüz vasitələrlə baş verir, məlumatların yalnız 20-40%-i şifahi vasitələrlə
ötürülür. Qeyri-verbal dilin mühüm bir xüsusiyyəti də ondan ibarətdir ki, bu dil
təzahürü birbaşa şüuraltı impulslarla bağlıdır. Bu impulsları saxtalaşdırmaq, onlara
kənardan müdaxilə etmək mümkün olmadığı üçün qeyri-verbal ünsiyyət verbal
ünsiyyət kanallarından daha etibarlı hesab edilir. Jest və mimikalarımızı tam
nəzarətdə saxlaya bilmədiyimiz, bəzən gözlərimizin bizə xəyanət edərək
duyğularımızı çölə vurması heş kəs üçün sirr deyil.
Dostları ilə paylaş: |