Bunlardan əlavə, daha iki dinləmə üsulu haqqında danışmaq olar:
tənqidi və
empatik. Tənqidi dinləmə
zamanı dinləyici əvvəlcə alınan məlumatın tənqidi
təhlilini aparır, sonra onu anlamağa çalışır.
Bu çox zaman dinləyicinin
münasibətindən asılı olur, daha doğrusu o, əvvəldən informasiyanı rədd etmək
mövqeyində dayanır. Müəyyən layihələrin, ideyaların, baxışların müzakirə edildiyi
yerdə belə dinləmə məqsədəuyğundur, lakin yeni məlumat və biliklərin ötürüldüyü
yerdə isə perspektivsizdir.
Empatik dinləmədə
sözlərdən ziyadə sözlərin oyatdığı hisslər önəmlidir. Bu tip
dinləmədə əgər danışan dinləyicidə müsbət emosiyalar doğurursa, ünsiyyət təsirli,
mənfi emosiyalar doğurursa, təsirsiz olur.
Dinləmə zamanı aldığımız informasiyanın çox kiçik hissəsi yaddaşımızda qalır.
Lakin effektiv dinləmə üsullarından istifadə edərək bu nisbəti əhəmiyyətli dərəcədə
artırmaq mümkündür.
Dinləmə zamanı həmsöhbətə dəstək olmaq üçün aşağıdakı üsullardan istifadəni
nəzərdə tutur:
- aydınlaşdırma, “Mən başa düşmədim”;
- parafraz, yəni həmsöhbətin sözlərini öz sözlərinizlə təkrarlayın ki, onu düzgün başa
düşdüyünüzə əmin olsun: "Sən belə düşünürsən ...";
– hisslərin əks olunması: “Başa düşürəm ki, indi qəzəblisən…”;
- motivasiya: "bundan sonra nə var ...";
- qiymətləndirmələr: “təklifiniz cazibədardır”, “xoşuma gəlmir”;
– xülasə: “Deməli, siz düşünürsünüz…
İşgüzar ünsiyyətin əsas xüsusiyyəti onun müəyyən reqlamentə tabe olmasıdır ki,
bu da iştirakçıların işgüzar etiketə riayət etmə ehtiyacında özünü göstərir. Ünsiyyət
prosesi proqnozlaşdırıla bilən və normativ davranış qaydalarına tabe olmalıdır ki,
bunların məcmusu "etiket" anlayışı ilə ifadə edilir.
Etiket - ünsiyyət prosesində insan davranışının xarici formalarını və onların
münasibətlərini tənzimləyən norma və qaydalar sistemidir.
Etiket termini XVII əsrin əvvəllərindən işlənməyə başlasa da əlbəttə ki, bir sıra
nəzakətli davranış qaydaları xüsusi bir terminlə təyin edilməzdən çox əvvəl mövcud
idi. Qədim dövrlərdən bəri insan münasibətlərinin xarici təzahürlərini tənzimləyən
yazılmamış qaydalar inkişaf etməyə başladı.
Bu qaydalar ünsiyyətdə hörmət,
xoşməramlılıq, mehribanlıq ideyaları ilə insanların davranış və münasibətini
əlaqələndirmək vərdişini formalaşdırmışdır.
Ünsiyyətdə etiket normaları insanların sevgi və hörmət daxilində bir-birini
tanıması üçün mövcud olan sosial ehtiyacı ödəmək naminə yaradılmışdır. Məqbul
davranış formalarını tənzimləyən etiket normaları və qaydalar toplusu tarixi xarakter
daşıyır və cəmiyyətin mədəni səviyyəsi ilə müəyyən edilir. İstənilən cəmiyyətdə
etiket normaları var ki, bunun sayəsində münasibətlərdə müəyyən bir nizam qorunur
və insanların hərəkətlərində və davranışlarında ardıcıllıq əldə edilir.
Müasir etiketin ümumi prinsipləri aşağıdakılardır:
- humanizm;
- fəaliyyətin məqsədyönlülüyü;
- davranışın
estetik cəlbediciliyi;
- öz ölkəsinin və işgüzar əlaqələrin qurulduğu digər ölkələrin adət-ənənələrinə
hörmət.
İşgüzar etiketdə yaş, cins kimi dünyəvi modellər yox, subardinasiya önəmlidir. İş
prosesi müxtəlif yaş, cins, təhsil səviyyəsi və dünyagörüşü olan insanların birgə
fəaliyyətidir. Müəyyən ortaq hədəflərin həyata keçirilməsi
üçün bir araya gələn
insanlar müəyyən ümumi qaydalara da əməl etmək məcburuyyətindədirlər. İş
həyatında əməl olunmalı əsas qaydalara nəzər salaq:
1.Dəqiqlik (punktual olmaq). Unutmamaq lazımdır ki, zaman ən qiymətli resursdur
və itirildiyi halda əsla bərpa edilmir. Uğurlu iş adamı olmaq istəyirsinizsə, özünüzün
və tərəfdaşınızın zamanını dəyərləndirməyi öyrənin. İşgüzar görüş və səfərlərə
gecikməyin. Əksər insanlar zamanı düzgün dəyərləndirməyənlərlə iş görmək
istəmir.
2.Nəzakətli olmaq. Səmimi təbəssüm bir çox iş adamının vizit kartıdır. Həmkar və
tərəfdaşlarla nəzakətli ünsiyyət problemlərin həllində sizə kömək edəcək.
3.Təvazökarlıq. Bu xüsusiyyət insana həmişə başucalığı gətirir. Təvazörkarlıq daha
çox özünə güvənən insanlarda rast gəlinir və qarşı tərəfdən yüksək qiymətləndirilir.
4.Tolerantlıq. İşgüzar ünsiyyət zamanı siyasi baxış, milliyət,
dini mənsubiyyət,
xarici görkəm və s. asılı olmayaraq insanlara hörmətlə yanaşmaq etik qaydalarının
ən önəmlilərindəndir.
5.Təmkinli olmaq. İstənilən məsələdə həmkarınızın qərarına və ya fikrinə hörmət
etməlisiniz. İşgüzar etiket normaları hisslərinizə nəzarəti itirməməyi, təmkinli və
mehriban olmağı tələb edir. İstənilən vəziyyətdə, tərəfdaşların
və ya rəhbərliyin
istənilən qərarına adekvat cavab vermək üçün emosiyalarınızı cilovlamaq lazımdır.
Bütün sadalananlardan əlavə, məxfi məlumatları açıqlamamaq, işi nəzərdə
tutulduğu vaxt təhvil vermək, müqavilədə nəzərdə tutulmuş
öhdəlik və şərtləri
vaxtında və dəqiq yerinə yetirmək də iş həyatında etik normalar kimi qəbul edilir.
Dostları ilə paylaş: