Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   31   32   33   34   35   36   37   38   ...   78
Sofiya m

 Akademik kommunikasiya
Mövzu 9.
 Akademik kommunikasiya anlayışı 
Kommunikasiyanın bir forması da akademik mühitdə aparılan informasiya 
mübadiləsidir. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif 
elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə 
çatdırılmasını nəzərdə tutur. 
“Akademik” termini yunan mənşəli olub antik yunanlıların mifik qəhrəmanı 
Akademin (Ekadem, Gekadem) adı ilə bağlıdır. Rəvayətə görə, bu qəhrəman 
Afinanın yaxınlığında yerləşən müqəddəs zeytun bağında yaşamış və dəfn 
edilmişdir. Daha sonra, e.ə. IV əsrdə antik yunan filosofu Platon burada şagirdlərinə 
dərs keçmiş, yaratdığı məktəbə də “Akademiya” adı vermişdir. 
Akademik kommunikativ münasibətlərdən harada istifadə edirik? Təbii ki, 
akademik mühitdə - ali və orta ixtisas məktəblərində , elmi-tədqiqat institutlarında, 
müxtəlif səpkili elmi araşdırmalar aparan təşkilatlarda və s. Bəs bütün bu 


müəssisələrdə aparılan informasiya mübadiləsi akademik kommunikasiya 
nümunəsidirmi? Bu sualın birmənalı olaraq cavabı xeyrdir. Çünki hər bir müəssissə 
ilk növbədə iş yeri, insanları bu və ya digər ümumi hədəflər ətrafında birləşdirən 
təşkilatdır. Daha doğrusu, yuxarıda adlarını çəkdiyimiz bütün elm ocaqlarında 
rəhbər işçilər, elmi işçilər, pedaqoji fəaliyyətlə məşğul olanlar (tədris 
müəssisələrində), texniki işçilər və s. kimi qruplar fəaliyyət göstərir və onların 
arasında reallaşan informasiya mübadiləsinin müəyyən hissəsi akademik yox, 
işgüzar kommunikasiya formasıdır. Akademik kommunikasiya isə sırf koqnitiv 
tiplidir, biliklərin, elmi məlumatların ötürülməsini təmin edir. Məhz bu baxımdan 
“akademik kommunikasiya” ilə yanaşı, “elmi kommunikasiya” terminindən də 
istifadə olunur.
Qloballaşma , elm və yeni texnologiyaların sürətli inkişafı, informasiya 
çoxluğu, həyat dinamikamızın dəyişkənliyi bütün sahələrdə olduğu kimi, elm 
aləmində də ünsiyyətin, qarşılıqlı anlaşmaların əhəmiyyətinin nə qədər zəruri və
mühüm olduğu gerçəkliyini ortaya qoyur. Müasir dövr tələb edir ki, hər bir vətəndaş 
elm və texnikanın inkişafını izləyib ondan bəhrənməklə yanaşı, elmi-texniki 
inkişafın yaratdığı problemləri də dərk edərək bunların həlli prosesində fəal iştirak 
etsin, dövlət və cəmiyyətin ümumi irəliləmə strategiyasını anlasın. Bu gün dünyada 
ən aparıcı elmi araşdırmalar hansı sahələri əhatə edir, bu araşdırmaların məqsədi 
nədir? Yaxud yaşadığı dövlətdə nə kimi elmi araşdırma və təcrübələr aparılır? Bu 
elmi-texniki nailiyyətlərin nə kimi fayda verdiyi və risklər daşıdığını bilmək 
önəmlidir. Məhz bu baxımdan alimlər, siyasətçilər və cəmiyyət arasında daimi 
qarşılıqlı əlaqəyə və sıx ünsiyətə ehtiyac var. 
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və 
aşağıdakı terminlərlə ifadə olunur:
1.
Elmdə kommunikasiya (Science communication) 
2.
Elmi kommunikasiya (Scientific communication) 
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında 
tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” 
alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji 


istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü 
alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən 
nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science 
communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi 
kommunikasiya” kimi tərcümə edilməlidir.
Elmdə ünsiyyət təcrübəsi hələ antik dövrdən yaranmışdır. Pifaqor və onun 
məktəbi, Platon və Akademiyası və s. Qədim zamanlarda alimlər bilik əldə etmək 
üçün çoxlu səyahətlər edər, öyrənmək üçün dialoqlar qurar, uzun-uzun söhbət 
aparardılar. Bu zamanlar ünsiyyətin şifahi formaları daha çox populyar idi. 
İlk universitetlər isə orta əsrlərdə yaranmağa başlayır. Bir-birinin ardınca 1088-
ci ildə Bolonyada, 1109-da Kembricdə, 1160-da Parisdə, 1167-də Oksfordda ali 
təhsil ocaqları açılır. Universitetlər təhsil verməklə yanaşı, tələbə, alim və 
müəllimlərin bir araya gəldiyi, müxtəlif fikir mübadiləsi apardığı, mübahisələr etdiyi 
bir məkana çevrilir ki, bu da öz növbəsində elmi yaradıcılığın davamlı və 
məhsuldarlığının təminatçısı olur. Universitetlərdə mühazirələrlə yanaşı, elmi 
diskussiyalarda iştirak etmək təhsilin mühüm və tələbolunan elementlərindən biri 
hesab edilirdi. 
Akademik sahədə kommunikasiyanı təmin edən elmi diskussiyalar İntibah 
dövründə daha intensiv, məhsuldar xarakter alır. Bir çox məşhur alimlər bu 
müzakirələrdə iştirak edir, fikir və düşüncələrini bölüşür, kəskin mübahisələr edir, 
bir sözlə ünsiyyətdə olurdular. Daha çox şəxsi məktublar vasitəsilə həyata keçirilən 
bu ünsiyyət XIV əsrdə kitab nəşrinin meydana çıxması ilə yeni keyfiyyətlər qazandı. 
Artıq XVII əsrdə biliklərin bir araya toplanması və ötürülməsi sahəsində kitab əsas 
vasitəyə çevrilir. Qeyd etdiyimiz kimi, uzun zaman ziyalılar arasında elmi 
kommunikasiyanın əsas vasitələrindən biri məktubdan istifadə edilmişdir. Alimlər 
məktublarında əldə etdikləri dəlil və arqumentləri, müəyyən faktları, xırda 
detallarına qədər təsvir edir, mülahizələrini əsaslandırırdılar. İntellekt sahibləri artıq 
anlayırdılar ki, yeni dünyada elm və texnologiya sahəsində müəyyən irəliləyiş əldə 
etmək üçün birlikdə hərəkət etməli, problemlərin həllinə müxtəlif baxış 
bucaqlarından baxmalı, bütün alternativ fikirləri dəyərləndirməlidirlər. Məhz bu 


ehtiyacdan XVII əsrdən başlayaraq alimləri bir araya gətirən qeyri-rəsmi təşkilatlar 
yaranmağa başladı. R.Boylun təşkil etdiyi “Görünməz kollec”, P.Beylin yaratdığı
“Məktublar respublikası”, və nəhayət “Alimlər respublikası” belə birliklərdən idi. 
Bunların arasında “Alimlər respublikası” daha məşhur idi. Bekon, Paskal, Spinoza, 
Luk, Dekart, Qaliley, Nyuton kimi alimlər bu birliyin üzvü idilər. Avropa 
intellektuallarını birləşdirən “Alimlər respublikası”nın vətəndaşı olmaq üçün geniş 
dünyagörüşünə sahib, müxalif fikirlərə qarşı tolerant, elmi mübahisə etikasına malik 
olmaq kimi keyfiyyətlər tələb edilirdi.
XIX əsrdə ixtisaslaşmış elmi jurnalların nəşri akademik kommunikasiyada yeni 
mərhələnin əsasını qoydu. Şəxsi məktubların yerini alan elmi jurnallar mötəbər bilik 
mənbəyinə çevrildi. Qısa zamanda daha çox insana informasiya ötürən bu nəşrlər 
akademik kommunikasiyanın keyfiyyətini yüksəltməklə yanaşı, alimləri öz 
ətrafında sıx birləşdirməyə də nail oldu.
Müasir günümüzdə də alimlər arasında dialoq və ünsiyyət akademik 
kommunikasiyanın ayrılmaz tərkib hissələrindən biridir. Belə ki, elmi-texniki 
tərəqqi elmi araşdırma və kəşflərin sürətlə yayılmasına səbəb olmuş, informasiya 
texnologiyalarının inkişafı dünyanın hər bir tərəfi ilə anında ünsiyyətə girmək 
imkanı yaratmışdır. 
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini 
nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi 
adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, 
birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin 
müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə 
tutulur.
Akademik kommunikasiya məzmun baxımından 2 böyük sahəyə ayrılır: tədris
və tədqiqat. Bunlara akademik kommunikasiya prosesinin mərhələlələri də demıək 
mümkündür. Bu proses tədrislə başlayır. Hər bir kəs akademik kommunikativ 
münasibətlərə təhsil almağa başladığı zamandan qoşulur. İlkin təməlləri orta 
məktəbdə atılan elmi təfəkkür və dünyagörüşün sistemli şəkildə inkişafı universitet 


dövrünə təsadüf edir. Biz ali təhsil aldığımız zaman akademik elmlə tanış olur, 
gələcək həyatımızda elmin yerini müəyyənləşdiririk. 
Tədris prosesində akademik kommunikasiya təhsilalan ilə təhsilverənlər 
arasında şifahi-yazılı formada reallaşan bilik və bacarıqların mübadiləsi, müzakirəsi, 
eyni zamanda qiymətləndirilməsi prosesidir. 
Təhsilalanların 
hüquq 
və 
vəzifələri 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına, Təhsil Qanununa, digər normativ hüquq aktlarına, Azərbaycan 
Respublikasının imzaladığı beynəlxalq müqavilələlərə uyğun müəyyən edilir. Bu 
qanunlar Azərbaycan vətəndaşlarına qanunvericilikdə nəzərdə tutululmuş qaydada 
təhsil müəssisələrinə qəbul olunmaq, təhsil müəssisəsini, təhsilin istiqamətini
ixtisasını dəyişmək, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almaq və s. yanaşı, 
elmi işlə məşğul olmaq hüququ da verir.
Mühazirələrin dinlənilməsi və qavranılması, akademik dərsliklərdə əks olunan 
elmi məlumatların mənimsənilməsi ilə başlanan kommunikasiya prosesi, daha sonra 
kurs işləri, referat, elmi məqalə, dissertasiya kimi daha mürəkkəb yazılı formaların 
hazırlanması ilə davam edir. 
Qeyd etdiyimiz kimi, akademik kommunikasiyanın digər mərhələsi 
tədqiqatdır. Təhsil dövründə kiçik həcmlərdə aparılan tədqiqat işləri prosessional 
elmi fəaliyyətdə həcm, əhatə dairəsi, tədqiqat üsulları və s. baxımından xeyli 
mürəkkəb sistem xarakteri alır. İstənilən sahədə elmi tədqiqat işi aparmaq, ilk 
növbədə bilik bazası, analitik təhliletmə qabiliyyəti, dəqiq müşahidə, məntiqlə nəticə 
çıxarmaq və obyektivlik kimi keyfiyyətlər tələb edir.
Beləliklə, akademik kommunikasiya bir neçə istiqaməti özündə birləşdirən 
mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik 
kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, 
eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən 
mühümü isə bunların tədrisini özündə birləşdirir. 
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması isə XX əsrin 
sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral 
Cəmiyyətinin iclasında “
Public Understanding of Science” (Elmin cəmiyyət 


tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. 
Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli 
yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların 
keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb 
ola bilər. 
Mövzu10.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin