1.
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
2.
İfadənin monoloji xarakteri;
3.
Əsaslandırılmış faktlar;
4.
Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
5.
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların
verilməsi;
6.
Terminoloji leksikadan istifadə.
Hər hansı tədqiqata başlamaq üçün ilk olaraq problem-sual müəyyən edilməlidir.
Başqa sözlə, tədqiqat mövzusu və tədqiqat problemi
təyin edildikdən sonra
tədqiqatçının cavablamaq istədiyi sual dəqiqləşdirilməlidir. Tədqiqatın məqsədi nə
qədər aydın və birmənalı olarsa, araşdırma üsul və metodlarının seçilməsi də bir o
qədər asan və uğurlu olacaq. Cavablanacaq sual bir növ araşdırmanın hədəflərini
təyin edir. Tədqiqat prosesində hədəfdən yayınmamaq çox önəmlidir.
Bəzən
araşdırdığımız mövzu ilə bağlı o qədər çoxşaxəli informasiya alırıq ki, ilk
qoyduğumuz hədəf unudulur, təqqiqatın istiqaməti fərqli yönə çevrilir. Bu, tamamilə
yolverilməzdir. Xüsusən də elmi fəaliyyətin ilk dövrlərində daha konkret məsələlər
ətrafında araşdırmalar aparmaq tövsiyə olunur. Mövzunu incələyərkən sizə maraqlı
gələn nüansları bir kənara qeyd edərək əsas hədəf ətraflnda çalışmaq lazımdır.
Bundan əlavə, tədqiqata başlamaq üçün mövzu ilə bağlı müəyyən mühakimələrə də
sahib olmalısınız. Bu mühakimələr məsələ ilə bağlı müşahidə etdiyiniz, sınaqdan
keçirdiyiniz, sizə doğru və yanlış gələn
məlumatlar, faktlardır.
Ümumiyyətlə, hər bir elmi araşdırmanın strukturunda sistem təşkil edən
elementlər mövcuddur. Bu elementlər sırasında ən önəmli olanları aşağıdakı kimi
sıralamaq olar:
1.
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi;
2.
İfadənin monoloji xarakteri;
3.
Əsaslandırılmış faktlar;
4.
Fikirlərin sistemli və məntiqi ardıcıllığı;
5.
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi;
6.
Terminoloji leksikadan istifadə.
Düzgün elmi araşdırma aparmaq, biliklərdən məqsədəuyğun şəkildə istifadə
etmək üçün bu elementlərdən hər birinin funksiyasını bilmək,
fərqini anlamaq
lazımdır.
Dostları ilə paylaş: