-
mümkün qədər qısa və aydın cümlələrdən istifadə etmək;
-
terminoloji leksikadan az istifadə etmək;
-
işin önəmli yerlərinə xüsusi vurğulamaq;
-
mövzunu slayd formasında təqdim etmək;
-
jest və mimikalardan düzgün istifadə etmək.
Mühazirə və məruzə bir-birinə bənzər elmi mətn nümunəsi olsa da aralarında incə
fərqlər də vardır.
Məruzə bir qayda olaraq, müəyyən bir mövzuda faktların kifayət
qədər konkret, aydın, ciddi sıralanmış siyahısıdır. Mühazirə isə lektorun bu faktlara
və ya bütövlükdə mövzuya baxışının təqdim edilməsini, onun fakt və hadisələri şərh
etməsini nəzərdə tutur. Mühazirə materialın təqdimatında daha çox sərbəstliyi və
mühazirəçi ilə auditoriya arasında kifayət qədər intensiv ünsiyyəti nəzərdə tutur.
Mühazirədə mövzu ilə bağlı artıq elmə məlum olan faktlar, müxtəlif alimlərin
fikirləri bir arada təqdim edilir. Elmi məruzə isə daha çox yeni informasiya və
təcrübə nəticələrini əks etdirir.
Mövzu 12.
Dostları ilə paylaş: