dəqiqlik, məntiqilik əsasdır. Elmi üslubda hazırlanan monoloqlara mühazirələr,
konfrans və seminarlarda söylənən məruzələr aiddir.
Bədii üslubdakı təsviredici monoloq bədii təsvir vasitələrindən geniş istifadə
olunması, obrazlı ifadələrin çoxluğu ilə seçilir. Bir çox bədii əsərlər məhz belə
təsviredici monoloqlarla başlayır.
İşgüzar üslubda isə təsviredici monoloqdan müəyyən xarakterik xüsusiyyətləri
sadalamaq üçün istifadə olunur.
Təhkiyə əsasında hazırlanmış monoloji nitq müəyyən hadisə haqqında məlumat
vermək məqsədi daşıyır. Bu səbəbdən də bəzi ədəbiyyatlarda məlumatverici nitq
adlanır. Məlumatverici nitq dinamikliyi ilə seçilir, bütün semantik və sintaktik
vasitələr də baş vermiş hadisələr zəncirini bir-biri ilə əlaqəli surətdə nəql etməyə
xidmər edir.
Əsaslandırma məzmunlu monloji nitq məntiqi nəticənin çıxarılması ilə
yekunlaşmalıdır. Bunun üçün hər hansı bir fikrin şifahi təqdimatı, aydınlaşdırılması
və təsdiqindən istifadə olunur.
Dostları ilə paylaş: