Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə50/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   46   47   48   49   50   51   52   53   ...   78
Sofiya m

Şifahi və yazılı nitq.
Nitq iki formada maddiləşir: ya danışıq səsləri vasitəsilə 
şifahi formada, ya da yazı işarələrinin köməyi ilə yazılı şəkildə. Yazılı və şifahi nitq 
hər ikisi ədəbi dil nümunəsi, mədəni nitq faktıdır. Bu səbəbdən də hər iki forma 
ədəbi dil normalarına tabedir, onların gözlənilməsini nəzərdə tutur. Bəzən yazılı 
nitqin ədəbi dil normalarına tabe olduğu, şifahi nitqin isə sərbəst olduğu düşünülür. 
Bu fikir tamamilə yanlışdır. Necə ki, yazarkən orfoqrafiya qaydalarına əməl 
ediriksə, danışarkən də orfoepiya normalarını gözləmək mütləqdir. Yazarkən sözləri 
doğru seçmək, cümləni qrammatik cəhətdən düzgün qurmaq səyimiz şifahi nitqdə 
də eynilə təkrarlanmalıdır. Çünki həm şifahi, həm də yazılı nitqimiz kommunikativ 
funksiya daşıyır, aydın, düzgün və məntiqi olması əsasdır. Bütün bunlar şifahi və 
yazılı nitqin ortaq cəhətləridir. Lakin şifahi və yazılı nitq ifadə vasitələri sisteminə, 
qavramanın təbiətinə və işlənmə yerinə görə fərqlənir. Şifahi nitq öncə yaranmışdır 
və yazısı olmayan dillər üçün yeganə mövcudluq formasıdır.
İki tip şifahi nitq mövcuddur: rəsmi şifahi nitq və danışıq nitqi. Şifahi danışıq nitqi 
ünsiyyətin sadəliyini, həmsöhbətlər arasında münasibətin qeyri-rəsmiliyini, 
ekstralinqvistik və qeyri-verbal işarələrdən istifadəni, danışma-dinləmə 
mövqelərinin dəyişdirilməsini nəzərdə tutur. 
Rəsmi şifahi nitq iclaslarda, müxtəlif səpkili dövlət tədbirlərində, elmi 
konfranslarda və s. səsləndirilir. Bu tip nitq öncədən hazırlıq tələb edir, qeyri-verbal 
vasitələrdən nisbətən az istifadə olunur, ədəbi dil normalarına daha ciddi əməl edilir. 
Şifahi ünsiyyət quran insanlar bir-birlərini görürlər və birbaşa vizual əlaqə 
qarşılıqlı anlaşmaya kömək edir. Şifahi nitq yazıdan qat-qat aktivdir - yazmaqdan və 
oxumaqdan daha çox danışırıq və dinləyirik. 


Yazılı nitqdə qrafik ifadə vasitələri sistemindən istifadə edilir və o, vizual olaraq 
qavranılır, müəllif və oxucu arasında real ünsiyyət qurulmur. Bu baxımdan yazılı 
nitq daha təkmil olmalıdır. 
Qeyd etdiyimiz kimi yazılı nitqdə leksik və qrammatik baxımdan dilin ədəbi 
normalarına ciddi riayət olunmalı, lüğət və frazeologiya xüsusi seçilməlidir. Yazılı 
nitqin sintaksisi mürəkkəb cümlələrlə xarakterizə olunur. Söz düzümü, ciddi 
ardıcıllıq, fikirlərin çatdırılmasında harmoniya böyük əhəmiyyət kəsb edir. Yazılı 
nitq forması ifadələrin ilkin əks olunması, müəllifin özü tərəfindən həyata keçirilə 
bilən mətnin redaksiya işlənməsi ilə fərqlənir. Bu, yazılı nitq formasının 
düzgünlüyünü və dəqiqliyini müəyyən edir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin