1.Danışıqda müvəffəqiyyəti konstruktivlik (məqsədyönlülük) müəyyən edir.
İnsanlara təsir etmək üçün təkcə düşüncələrə deyil, duyğulara da müraciət etməyi
bacarmaq lazımdır. Lakin burada tarazlığı tənzimləyə bilmək konstruktiv və təsirli
nitq üçün son dərəcə vacibdir. Yalnız emosiyaları cəlb edən və həmsöhbətlərin
emosiyalarından istifadə etmək məqsədi daşıyan çıxışlar məqsədyönlü hesab
edilmir. Konstruktiv çıxışlar dinləyicilərin dəyərlərini, inanclarını və düşüncələrini
müsbət istiqamətdə dəyişmək məqsədi daşıyır. Şirin dilin nitqə təsirini nəzərə almaq,
mühitdən asılı olmayaraq bizi dinləyənlərin dəyərlərinə, inanclarına, düşüncələrinə
hörmətlə yanaşmaq uğurun ən yaxşı açarıdır.
Dostları ilə paylaş: