MüƏLLİFDƏN


QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə102/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   98   99   100   101   102   103   104   105   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA 
ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ 
İSTİDLAL ETMƏK OLARMI? 
1. Alimlərin bəziləri bütün qiraət üslublarını mötəbər hesab 
edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, 
Həfs istisna olmaqla, Kufə qariləri 
«Heyz zamanı qadınlardan kənar 
olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin» 
ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq 
etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi onlar 
«yəthərnə» kəlməsini təşdidlə, yəni «yəttəhhərnə» oxumuşlar. Yəni 
«heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla 
yaxınlıq etməyin». 
Cavab: 
Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və 
qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində 
onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi 
vardır: 
Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü; 
İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli 
və şəri dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik 
hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi. Bu 
haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq. 
2.
Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən 
(s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında 
nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin 


159 
etibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mötəbərliyinə 
dəlalət edəcəkdir. 
Cavab: 
Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda 
təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta 
yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi 
rəy və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal 
verildiyinə işarə etdik. Bəzi alimlərin bu mətləbə əhəmiyyət verməsi 
bu ehtimalı bir daha təsdiq edir. 
Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk 
vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında 
görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş 
nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə 
deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, 
səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli 
əhaliyə Quran ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. 
Yazıb-oxumaq savadı olmayan şəxslər Quranı başqalarından şifahi 
şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir 
ayə Quran nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli 
nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də 
müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət 
üsulları meydana gəldi. 
Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə 
Quranın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin 
qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr 
qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi 
baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. 
Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar 
hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. 
(Mənahilul irfan. 402-ci 
səh).
2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mötəbər 
hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət 
üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların 
şərh-halı artıq etimad olunası şəxslərin olmadıqlarını sübuta 
yetirmişdir. 


160 
3. Bütün qiraətlərin şəxsi rəy və ictihadlara deyil, yalnız 
rəvayətlərə istinad olunduğunu, bütün qarilərin etimad olunası şəxs 
olduqlarını fərz etsək də, onların tamamilə mötəbər olduqlarını 
qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz icmali elmin vasitəsilə 
belə məlum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) 
tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm 
qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, 
qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz 
etibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün 
tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun 
etibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə 
qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına 
əsasən, tamamilə zidd olacaqdır. 
Əgər bütün qiraətlərin mötəbərliyinə istinad etsək, yenə də 
həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan 
istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan 
edən və məna baxımından bir-biri ilə ziddiyyət təşkil edən 
rəvayətlərə istinad etməli olacağıq. Çünki, əgər hər iki qiraətin 
mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah 
tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin 
hər ikisi sənəd baxımından eyni, zahiri məna baxımından isə bir-
biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür. 
İcmali olaraq qiraətlərdən birinin mötəbər olmadığını bilsək, 
onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət 
edək. Çünki, zahiri mənanı nəzərə alaraq onlardan birini 
digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mötəbər 
hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o 
zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mötəbər olub-
olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri 
ziddiyyətli olsa artıq, onlardan heç birini mötəbər saya bilmərik. 
Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən 
fərqlənməyəcək. 


161 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin