«Mən heç bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq göndərilmişəm.» Cəbrail onun nə demək
istədiyini başa düşüb deyir:
«Elə isə Quranı yeddi səbkidə qiraət edin.» (Səhihi Termizi. 11-ci cild, 64-cü səh.). 8. Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da
Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu:
«Quran yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı əzab ayələri məna baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.» 9. Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da
Əbu Hüreyrədən nəql edərək deyir: «Peyğəmbər (s) buyurur:
«Quran yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim, Ğəfur, Rəhmi kimi ifadələr bir-birinin yerində işlənmişdir.» 10. Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məsuddan
nəql edərək deyir: «Surələrdən birinin ayələrinin sayının 35 və ya 36
olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son
qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə
daxil olduqda, Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə
haqdasa söhbət etdiyini gördük. Mətləbi açıqladıqda qəzəbdən
Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu:
«Keçmiş ümmətlər bu kimi mənasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan getmişlər.» Bizdən ayrılıb Əliyə (ə)
təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu:
«Allahın peyğəmbəri Quranı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.»