MüƏLLİFDƏN


YEDDİ OXUNUŞ SƏBKİNİN MƏNA VƏ MƏFHUMU



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə111/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   107   108   109   110   111   112   113   114   ...   182
EL-BEYAN 1 Cİ CİLD

YEDDİ OXUNUŞ SƏBKİNİN MƏNA VƏ MƏFHUMU 
Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan 
bəzilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə 
toxunacağıq. 
1. SİNONİM KƏLMƏLƏR 
Birinci nəzər: 
Yeddi oxunuş səbki deyildikdə, eyni mənalar verən 
sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur. 


170 
Məsələn, «əccil», «əsri» və «isə» kəlmələrinin hər üçü «tələsmək» 
mənasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən 
Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan 
ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir 
fikir irəli sürmüşlər ki, eyni məna daşıyan sinonim ifadələri 
Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı. 
Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada 
yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr 
edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət 
yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Quranın yeddi 
səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu 
tərəfindən irəli sürüldüyünə işarə etmişlər. 
NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR 
Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu 
nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır. 
1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Səd ibni Museyyib 
deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Quranı] 
Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə, 
Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr 
nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız 
üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və 
«əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) 
onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də 
cavabında buyurardı: «

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin