«Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu muminin»
(Oğlana gəldikdə isə, onun ata-anası mömin kimsələr idi).
«Fə
innəllahə min bədi ikrahihinnə ləhunnə ğəfərun rəhim»
(Kim
cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu
məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları]
bağışlayar və rəhm edər).
Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] «unsa –
dişi», ikinci ayəyə «kafirən – kafir» və «kanə – oldu, idi», üçüncü
ayəyə isə «ləhunnə – həqiqət o cariyələrə, qadınlara» ifadələri əlavə
olunmuşdur.
Cavab:
beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən
izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə
səbəbdən əsassız hesab etmək olar.
1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mənalandırmağın heç
bir məna və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən
şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla məlumatları
olmamışdır.
2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mənalarının
dəyişilib-dəyişilməməsidir. Bir haldakı biz, bu iki müxtəlif amili
eyni şey hesab etməməliyik. Çünki, dəyişilən yalnız kəlmənin zahiri
formasıdır – istər məna dəyişilsin, istərsə də dəyişilməsin – belə
olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki,
qiraətin əvəz olunmasına səbəb məna deyil, kəlmələrin yazılış
formasıdır.
Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və
belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı
göstərilməlidir.
179
3. «Təlhin» kəlməsinin «təlin» və «nənşizu» sözünün «nənşuru»
kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur.
Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha» hərfinin
«ayn» hərfilə, «təlhin» sözünün «təlinlə», «za» hərfinin «ra» hərfilə
və «nunşizuha» kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə
müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız
qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab
etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil,
qiraətdir.
4. Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir
səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi
nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması bu kimi
ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi
oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə
tutmaq nə dərəcədə düzgün olardı?
5. Qurani-kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə
tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə
yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum
olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin
tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun
yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi
ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra
yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə,
qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər
artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə
demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli
sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır.
Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş
«Quran yeddi səbkidə nazil olmuşdur» hədisindən əsla agah
deyillər.
(Tibyan 59-cu səh).
|