4. Ayələrdəki təhriflər;
Əgər hər hansı bir ayə və ya surəni Qurana əlavə etsək, yaxud
oradan çıxarsaq, məna baxımından heç bir dəyişiklik baş verməsə,
188
həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə
yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də
Qurana yol tapdığının şahidi oluruq. Məsələn, «Bismillahir-
rəhmanir-rəhim» ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti
tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində
oxunmasına baxmayaraq, bu ayənin, Quranın bütün surələrinin bir
hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.
Belə ki, əhli sünnə alimlərinin bir qismi «Bismillah» ayəsini
Quran ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin
davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib
namazlarda «həmd» surəsindən qabaq oxunmasını məkruh hesab
edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab
edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli sünnə
alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla,
«Bismillah» ayəsini Tövbə surəsi istisna olmaqla, Quranın bütün
surələrinin tərkib hissəsi hesab edirlər. Həmd surəsinin təfsirində
bu barədə ətraflı söhbət açacağıq.
5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
Əgər Qurana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Quranın
məna və mahiyyətinə xələl gətirərsə, və nəhayət onun əlavə
olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi
təhriflər Qurana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri
hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.
6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
Təhrifə səbəb olan məsələlərdən biri də, Quranın ayə və ya
kəlmələrini ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bəziləri belə
bir iddia irəli sürmüşlər ki, Quran ayələri zaman keçdikcə müxtəlif
amillər üzündən bəzən ixtisara düşmüş və nəticədə Quran öz
orjinallığını itirmişdir.
Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Quranın
Peyğəmbərə (s) nazil olduğu surətdə qorunub saxlanıldığına etiqad
bəsləyirik.
|