198
qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad
və nöqsanlar deyildir.
Yox, əgər onlar Quranın özünəməxsus
bəyan tərzini və
başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə
tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər.
Lakin heç də nəzərdən qaçırmaq olmaz ki,
Quran nazil olduğu ilk
gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun
toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən
deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini
ona nazil olduqdan sonra vermişdir.
Buna əsasən deyə bilərik ki,
zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət
göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və
məfhumu ilə heç bir əlaqəsi yoxdur.
Əvvəla
ona görə ki, Quran əvvəldən malik olduğu üstün
xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü
lazımınca müdafiə edə bilmişdir.
Təbiidir ki, belə bir halda onun
heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.
Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən
deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.
Dostları ilə paylaş: