200
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir
sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə,
tərifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil
edilmişdir.» (Fussilət 41-42).
Ayənin məzmunundan belə məlum olur ki,
Quran bütün
kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini
qoruyub saxlaya bilmişdir.
«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə
barəsində
irəli
sürdükləri
fərziyyədə
deyirlər:
Quranın
toxunulmazlığı deyildikdə,
burada bəyan olunan hökm və
qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə
tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş
rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu
rəvayəti nəql edir: «Quran, nə
ondan əvvəl nazil olmuş Zəbur,
Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»
Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql
etdiyi hədisdə deyir: «Quranda keçmiş ümmətlər və gələcəkdə baş
verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada
nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»
Cavab:
Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı.
Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə
heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki
səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş
ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması
bildirilir.
Quranın [batini və zahiri] xüsusiyyətlərini
bəyan edən və
ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman
və məkandan asılı
olmayaraq, hətta qiyamət gününədək Qurana
batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və
toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız
Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq,
onda Quranın
tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə
zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən
qaçırmış olarıq.