207
Quranın Əbu Bəkr və Ömərin
xilafəti dövründə təhrif
olunmaması haqda:
Bunun həyata keçməsi üç haldan xaric deyildir:
1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş
vermişdir;
2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif
olunması;
3. Digər ayələrin bilərəkdən təhrif olunması.
1. Bilərəkdən yaranmış təhriflər;
Deyirlər:
Quran, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə
yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması
mümkün olmamış və bu səbəbdən
də bəzi ayələr unudularaq
aradan getmişdir.
Cavab:
Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və
əsassızdır:
1. Peyğəmbərin (s) və onun səhabələrinin Qurana və onun
tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti,
bu nəticəyə gəlmək
imkanı verir ki, Quran hələ Peyğəmbərin (s) zamanında bir yerə
yığılmış, oradan bir kəlmə,
yaxud bir hərf də olsun belə, ixtisara
salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da,
müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət
dövründə yazılmış yüzlərlə şer misralarını əzbərləmiş şəxslərin
Quranın əzbərlənməsində səhvə yol
vermələrini təsəvvür etmək
olarmı?!
O Quran ki, müsəlmanlar onun yolunda həyatın bütün
ağırlıqlarına sinə gərir,
hətta öz can, mal və əzizlərini belə qurban
verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə
yumuş və Quranın bu günlərədək qorunub saxlanılmasında böyük
xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə
də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız
və batil
hesab olunur.
2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı
batil edir. Çünki, «Səqəleyn» hədisinin Quranın bir hissəsinin
aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif
208
olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Quranın]
tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır.
Lakin hədisin
məzmunundan belə məlum olur ki, Quranın Peyğəmbərdən (s)
bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.
Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi
olacağıq ki, Quran hələ Peyğəmbərin (s) zamanında toplanmış və
vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir:
Dostları ilə paylaş: