MüƏLLİFDƏN


«And olsun Allaha! Əgər ərə gedən



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə138/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   134   135   136   137   138   139   140   141   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«And olsun Allaha! Əgər ərə gedən 
qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan 
ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, 
ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat 


211 
ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar 
gələcəkdir.» 
(Nəhcül-bəlağə). 
Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə 
qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Quranda təhrifə yol verilmiş 
olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa 
çalışardı. 
QURANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI 
Quranın təhrif olunmasına dair irəli sürülmüş üçüncü 
nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. 
Lakin artıq bizə məlumdur ki, kimsə tərəfindən belə bir iddia və ya 
nəzəriyyə irəli sürülməmişdir. 
İrad:
Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: 
Həccac ibni Yusif qiyam etdikdən sonra, Quranda Bəni-üməyyənin 
əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bəzi əlavələr edir. 
Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, 
Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr 
edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə 
saxlanılmayır. Sonralar oxunan və tədris olunan Quranlar, məhz bu 
Quranlardan köçürülürdü. 
(Mənahicul irfan 257-ci səh). 
Cavab: 
Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə 
bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. 
O nəinki Quranda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik 
aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da 
Həccac bütün Quran nüsxələrini yığdırıb oraya bəzi əlavələr etmiş 
və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf 
məntəqə, şəhər və ölkələrdə Quran sədası altında yaşayan yüz 
minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz 
etirazlarını bildirmirdilərmi?! 
Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən 
nəql olunmamış və Quran mütəxəssislərinin təlif etdikləri yüzlərlə 
əsərdə araşdırılmamış qalsın?! 
Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın 
hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və 
onun yolunu davam etdirmişlər. 


212 
Həccac bütün Quran nüsxələrini yığıb məhv etməyə qadir 
olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə 
Quran hafizlərinin sinələrindən pozmağa da qadir idimi?! 
Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər 
Quranda Bəni-üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan 
əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, 
Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da 
belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara 
qarşı öz etirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna 
dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin 
çıxardığı digər hökmlərə qarşı öz etirazlarını bildirmiş və qismən də 
olsa bunun qarşısını ala bilmişlər. 
Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli 
sürdükləri bu fərziyyə təkcə Quran və sünnə ilə deyil, sağlam əql
düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin