215
tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz,
nə də bir hərfdə səhvə yol verilməmişdir.
(Təfsiri Safi. 6-cı müqəddimə-
11).
Koleyni də öz kitabında bu məzmunda
bir neçə rəvayət nəql
etmişdir. Onlardan birində deyilir:
Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Quranın
nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi
Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir.
(2-ci cild,
72-ci fəsl, 130-cu səh).
Cavab:
Əli (ə)-ın yazdığı Quran nüsxəsinin hal-hazırda ki, Quran
nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması
kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr
(əlbəttə əgər olmuşsa) bəzi ayələrə verilən təfsir və ya izahatlar
olmuşdur.
İzahat:
Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «təvil» və
«tənzil» kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün
mənalandırmaması olmuşdur. Çünki, onlar «tənzil» deyildikdə
yalnız Quranın nazil olmasını, «təvil» deyildikdə
isə orada istifadə
olunan ifadələrin izahını nəzərdə tuturlar.
Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən məna
yeni terminalogiyaya daxildir və onlar özlərinin lüğəvi mənalarını
daşımırlar. Bu səbəbdən də biz heç də
Əhli-beyt tərəfindən nəql
olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri,
məhz özünün
yeni və terminaloji mənasında işlətməməliyik. O ki qaldı «təvil»
kəlməsinin əsl mənasına, məsdər xarakteri daşıyan bu kəlmə «təfil»
vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mənası
«qayıtmaq» və ya «qaytarmaqdır». Belə ki, ərəblər el arasında
deyirlər: «Əvvəkun hukumu ila əhlihi» yəni (hər bir şey öz sahibinə
qaytarılmalıdır).
«Təvil» bəzən bir işin sonu, aqibəti mənasında da işlənir.
Məsələn:
Dostları ilə paylaş: