MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə149/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   145   146   147   148   149   150   151   152   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Möminlərin içərisində 
elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.» 
Peyğəmbər (s) 
ona «Zuşşəhadəteyn» [yəni, iki nəfərin verdiyi şəhadət] ləqəbini 
verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qurana 
əlavə etdim. 
22. İbni Əştə Leys ibni Səiddən nəql edərək deyir: Quranı ilk dəfə 
bir yerə yığan şəxs, Zeyd ibni Sabit olmuşdur. Camaat pərakəndə 
nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə köçürülürdü. 
Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mötəbər şəxs şəhadət 
verdikdən sonra kağız üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin 
sonuncu ayələrindən başqa, bütün ayələr kağız üzərinə köçürüldü. 
Nəhayət bu ayələri Xəzimət ibni Sabit, Zeydə təhvil verdi, amma 
onun özündən başqa onların həqiqətən Quran ayələri olduqlarına 
şəhadət verə biləcək ikinci bir şəxs yox idi. Bütün bunlara 
baxmayaraq, Xəzimətin gətirdiyi ayələr Qurana əlavə olundu. 
Çünki, Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi 
ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm ayəsini gətirdi. Lakin heç bir 
şahidi olmadığı üçün həmin ayə Qurana əlavə olunmadı. 
(İtqan. 1-ci 
cild, 101-ci səh). 
Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan 
ibarət idi. Bu rəvayətlər vahid xəbər formasında nəql olunmaqla 
yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir. Gələcək fəsillərdə 
bu xüsusiyyətləri təklikdə araşdıracaq və kitabı bu fəsillə başa 
vuracağıq. 


235 
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ 
RƏVAYƏTLƏRƏ VERİLƏN CAVABLAR 
BİRİNCİ CAVAB 
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ 
RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN NÖQSAN VƏ 
ÇATIŞMAMAZLIQLAR 
Əvvəlki fəsildə Quranın yığılmasına dair nəql olunmuş 
rəvayətləri nəzərdən keçirdik. Belə ki, bəzən bu rəvayətlərdən şəxsi 
məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç 
birinin 
mötəbər 
olduğu 
nəzərə 
çarpmır. 
Bəzən 
«təhrif 
nəzəriyyəsi»nin tərəfdarları da bu rəvayətlərə istinad edərək, 
Quranın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər. 
Mötəbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz 
demək tamamilə əsassız olacaqdır. Biz bu fəsildə rəvayətlərin zəif 
xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların mötəbər 
olmadıqlarını sübuta yetirəcəyik. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin