MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə150/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   146   147   148   149   150   151   152   153   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Birinci xüsusiyyət: 
Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və 
ziddiyyətlər. 
BİRİNCİ SUAL: 
QURAN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR? 
Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci 
rəvayətdən belə məlum olur ki, Quran Osmanın xilafəti dövründə 
kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü 
rəvayətlərdə bunun Əbu Bəkrin xilafti dövründə həyata 
keçirildiyinin şahidi oluruq. Yeddinci və on ikinci rəvayətlərdə isə 
Quranın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil, 
Ömərin xilafəti dövründə göstərilir. 


236 
İKİNCİ SUAL 
ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QURANIN 
YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ GÖTÜRMÜŞDÜR? 
Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibni Sabitə həvalə 
olunduğu göstərilir. Dördüncü rəvayətdə isə deyilir: Bu işi Əbu 
Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibni Sabit isə onun 
göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı 
düzəlişlər aparırdı. Beşinci rəvayətdə isə belə məlum olur ki, bu iş 
Ömər və Zeyd ibni Sabitə həvalə olunmuşdur. 
ÜÇÜNCÜ SUAL 
QURANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ 
OLUNMUŞDURMU? 
Birinci rəvayətdən belə məlum olur ki, Əbu Bəkr Quranın 
yığılmasını Zeyd ibni Sabitə həvalə etmişdir. Orada deyilir: Əbu 
Bəkr Zeydə deyir: «Sən cavanlığından öz əql və dərrakənlə 
hamıdan fərqlənir və sədaqətinlə hamının etimadını qazana 
bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız 
üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Quranla yaxından 
ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli 
işi öz üzərinə götür.» Buradan belə məlum olur ki, Quranın 
yığılması Zeyd ibni Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə 
isə bu işə başqalarının cəlb olunduğu göstərilir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin