237
BEŞİNCİ SUAL
OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ
AYƏLƏRDƏN BƏZİLƏRİNİ İXTİSARA SALIBMI?
Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək
ayələrdən heç birinin ixtisara salınmadığı göstərilir.
Lakin
dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan
nüsxələri məhv etməsi və bunun
ətraf məntəqələrdə yaşayan
müsəlmanlara da əmr olunması göstərilir.
ALTINCI SUAL
OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA
BİLMİŞDİR
İkinci və dördüncü rəvayətlərdən belə məlum olur ki,
Osman
Əbu Bəkrin yığdığı nüsxələrə istinad etmiş və özünün nüsxəsini
onun əsasında yığdırmışdır. Altıncı,
on dördüncü və on beşinci
rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki
nəfər mötəbər şəxsin şəhadət verməsi ilə yığdırdığı göstərilir.
YEDDİNCİ SUAL
QURANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM
İSTƏMİŞDİR?
Birinci rəvayətdə deyilir: Quranın yığılaraq kitab halına
salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən istəmişdir. Lakin, Əbu
Bəkr bundan imtina edir və yalnız
Ömərin dəfələrlə israr
etməsindən sonra buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibni Sabiti
yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona da bildirir. Zeyd də
bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir.
Lakin onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə,
Ömər və Zeyd
tərəfindən edildiyi və Əbu Bəkrin əshabla məşvərət etdikdən sonra
onlara müsbət cavab verdiyi göstərilir.