MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə153/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   149   150   151   152   153   154   155   156   ...   182
EL-BEYAN 1 Cİ CİLD

HƏVALƏ ETMİŞDİR 
İkinci rəvayətdə Osmanın, Quranın imla olunmasını və 
yazılmasını İbni Zubeyr, Səid ibni Asa və Əbdürrəhmana həvalə 
etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin 
ayələrin köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə təyin 
olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən 
Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə 
ayələri imla etməyə təyin olunduğu göstərilir. On səkkizinci 
rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun 
şahidi oluruq. Yəni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, 
Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə təyin olunduğu 
göstərilir. 
Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla 
olunmasının Ubey ibni Kəbə, yazılmasının Zeyd ibni Sabitə, 
nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni 
Asın təyin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda 
nəql olunmuşdur. Lakin, orada nüsxələrə nəzarət olunması işi 
Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir. 


240 
İKİNCİ CAVAB 
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ 
RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN 
ZİDDİYYƏTLƏR 
QURAN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR 
Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql 
olunmuş mötəbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan 
rəvayətləri bütünlüklə etibardan salır və eyni zamanda maraq 
doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur. 
Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim 
edirik: 
1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni 
Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni 
Abbasdan nəql etdikləri rəvayətdə deyirlər: 
Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,
*
«Tövbə» surəsi isə miəyn
*
surələrindən olduğu bir halda nə üçün 
onları bir-birlərindən sonra və aralarında «Bismillah» olmadan 
yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi “Tival”
*
surələrindən 
sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət 
surə nazil olarkən, katiblərinə bu surələri bəzi ayələrdən sonra 
yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil 
olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş 
verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə 
həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) 
Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi 
olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna 
malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların 
ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı 
ki, “Ənfal” və “Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün 
bunları nəzərə alaraq bu iki surəni “Tival” surəsindən sonra 
aralarında «Bismillah» olmadan yerləşdirdik. 


241 
2. Təbərani və İbni Əsakir, Şəbidən nəql edərək deyir: Quran, 
Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı 
ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kəb, Zeyd ibni 
Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Ubeyd və Əbu Zeyd 
olmuşlar. Onlarla yanaşı Məciə ibni Cariyə də iki və ya üç surə 
istisna olmaqla Quranı bir yerə yığa bilmişdir. 
3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında 
Quranın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında 
ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kəb, 
Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar. 
4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, 
Abdulla ibni Məsud barəsində söz düşdükdə dedi: Ömrümün 
sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər 
(s) bizlərə Quranı ondan, Salim Muazdan və Ubey ibni Kəbdən 
öyrənməyimizi tövsiyə etmişdir. 
5. Nəsai, mötəbər mənbələrdən birində Abdulla ibni Ömərdən 
nəql edərək deyir: Quranı bir yerə yığıb, hər gecə bir dəfə onu 
oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Quranı ayda bir 
dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!... 
Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər 
rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən 
belə məlum olur ki, Quran, Peyğəmbərin (s) öz nəzarəti altında 
yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin