MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə157/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   153   154   155   156   157   158   159   160   ...   182
EL-BEYAN 1 Cİ CİLD

4. SAVAB 
Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) 
tərəfindən Quranın qiraət və əzbərləmələrinə görə veriləcək 
savablar idi. Onlar Quranın əzbərlənməsini var-dövlətlərindən, 
hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər. 
Belə ki, evdar qadınların bir çoxu Quran səhifələrini yığır və 
onları əzbərləməyə çalışırdılar. 
İbni Məsud özünün«Təbəqat» adlı kitabında yzır: Fəzl ibni 
Dəkkin deyir: Vəlid ibni Abdulla ibni Cəmi nənəsindən nəql edərək 
deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Quranın bütün 
ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O 
deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə 
döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər 
şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid 
olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-
taala şəhadəti sənin üçün hazır etmişdir. 
(İtqan. 1-ci cild, 125-ci səh). 
Demək, əgər qadınlar Quranın yığılmasına və ayələrin 
əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin 
də Qurana verdikləri əhəmiyyət heç də az olmamışdır. 
Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran hafizləri haqda 
məlumat əldə etmək istəyənlər, mötəbər tarix kitablarına müraciət 
edə bilərlər. 


247 
Qurtəbi deyir: Yəmamə döyüşündə Quran hafizlərindən yetmiş 
nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş «Bir 
məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi. 
Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə 
döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi. 
Quran hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də 
Quranın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. 
İyirmi üç il ərzində tədricən nazil olmuş Quran, Peyğəmbərin (s) 
xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz 
olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə təkid 
edərdi. 
Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, 
ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Quran ayələrini bir 
yerə yığırdıq. 
Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu 
hədisi mötəbər hesab etmiş, lakin onu öz kitablarında nəql 
etməmişdir. Amma necə olursa-olsun, biz bunu Quranın 
Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə 
bilərik. 
(Mustədrak. 2-ci cild, 611-ci səh). 
Quranın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən 
həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı 
ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun. 
İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), 
yanına gələn şəxsləri vaxtı olmadıqda Quran öyrətmək üçün bizim 
yanımıza göndərərdi. 
Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. 
Müsəlmanların məsciddən ucalan Quran səslərini eşitdikdə 
buyurdu: Xoş onların halına!... 
(Kənzul-ummət 2-ci cild, 185-ci səh). 
İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf 
məntəqələrdən Quran öyrənmək üçün yanına gələn kəsləri 
bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən 
Quran sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini 
çaşdırmasınlar deyə, Quranı yavaş və aram-aram oxumalarını əmr 
etdi. 
(Kənzul-ummət 2-ci cild, 185-ci səh).


248 
Bəli, Quranın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında 
böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bəzən Quranın 
təlimini özlərinə mehriyyə təyin edərdilər. 
Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Quranın Əbu Bəkrin 
xilafəti dövrünədək təxirə düşdüyünü və xəlifənin bunun həyata 
keçməsi üçün iki nəfəri təyin etməsini iddia etmək olarmı? Demək, 
müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların 
Qurana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni 
qətiyyətlə rədd edə bilərik. 


249 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin