255
QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT
OLMASINI İSBAT EDƏN DƏLİLLƏR
Ərəb dili ilə tanışlığı olan hər bir şəxs ayələrin zahiri mənalarını
asanlıqla başa düşür və bir çox şəriət məsələlərinin icrasında onlara
istinad edirlər.
Ayələrin zahiri mənalarına istinad etmək,
Quran elmləri
terminalogiyasında «Quranın zahiri mənalarının höccəti» adlanır.
Bu səbəbdən də bir çox şəri məsələlərin həyata keçirilməsində və
irəli sürülən nəzəriyyələrin isbatında onlara istinad olunur. Çünki,
Quranın zahiri mənası ümumi kütlə tərəfindən istinad olunası ən
mötəbər mənbə və sənəd hesab olunur.
Quranın zahiri mənalarının höccət olmasına
dair irəli sürülmüş
nəzəriyyəni sübuta yetirəcək kifayət qədər hədislər vardır və
burada diqqətinizi onlardan bir neçəsinə cəlb etmək istəyirik.
Dostları ilə paylaş: