MüƏLLİFDƏN


nəsihət qəbul edən?!» (Qəmər-17)



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə164/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   160   161   162   163   164   165   166   167   ...   182
EL-BEYAN 1 Cİ CİLD

nəsihət qəbul edən?!» (Qəmər-17). 
7. «Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] 
düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə 
ondan çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq] tapardılar.» (Nisa-82). 
2. QURAN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK 
DƏLİLDİR 
Quran həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini 
sübuta yetirmək üçün nazil olmuşdur. Nazil olduğu ilk gündən öz 
müxaliflərini mübarizə meydanına çağırmış və onlara Quranın 
surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir. 
Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması 
Quranın ilahi möcüzə olduğunu bir daha sübuta yetirir. Buradan 
belə məlum olur ki, ərəblər Quranı asanlıqla başa düşüb və onun 
zahiri mənalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki, əgər 
Quran ayələrinin başa düşülməsi çətin və müəmmalı olsaydı, 
əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi 
möcüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların 
haqq-ədalətə, imana dəvət olunmaları heç bir məna kəsb etməzdi. 
3. QURAN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN 
BÖYÜK VƏ ƏN MÖTƏBƏR MƏNBƏDİR 
Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin 
(s) tövsiyə etdiyi «Səqələyn»ə (Quran və Peyğəmbərin (s) Əhli-
beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq 
etmələrinə təkid olunmuşdur. Bu isə Quranın zahiri mənalarının 


257 
asanlıqla başa düşülməsini və həyata keçirilməsinin vacibliyini bir 
daha sübuta yetirir. 
4. QURAN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR. 
Bir çox mütəvatir rəvayətlərdən bizə məlum oldu ki, nəql 
olunmuş rəvayətlər Quranla tətbiq olunmalı və bununla da onun 
mötəbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək, 
Quranla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər 
isə kənara qoyularaq istinad olunmamalıdır. 
Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Quranın zahiri 
mənasının dəlil olmasını açıq-aşkar isbat edir. Çünki, anlamı bir o 
qədər də asan və heç bir etibarı olmayan hər hansı bir mətnlə 
rəvayətləri tətbiq etmək düzgün olmazdı. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin