MüƏLLİFDƏN


 İMAMLAR QURANIN ZAHİRİ MƏNALARINA İSTİNAD



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə165/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   161   162   163   164   165   166   167   168   ...   182
EL-BEYAN 1 Cİ CİLD

5. İMAMLAR QURANIN ZAHİRİ MƏNALARINA İSTİNAD 
ETMİŞLƏR 
1.
Zürarə, imam Sadiq (ə)-dan soruşur: Belə bir qənaətə necə 
gəlmisiniz ki, dəstəmaz alarkən məsh başın bütün hissəsinə deyil, 
yalnız bir hissəsinə çəkilməlidir? İmam (ə) sualın cavabında 
buyurur: Dəstəmaz ayəsində «Birüusikum» kəlməsində ön şəkilçi 
kimi işlənmiş «Ba» hərfindən. Bu halda ayənin zahiri mənasından 
belə bir qənaətə gəlirik ki, məshi başın hər tərəfinə deyil, yalnız bir 
hissəsinə çəkmək lazımdır. 
2. Günlərin bir günündə imam Sadiq (ə)-dan soruşurlar: Adətən 
çox istirahət edirəm. Və istirahət etdiyim zaman qonşu həyətdən 
haram edilmiş musiqi sədası eşidilir. Bir halda ki, məqsədim həmən 
musiqiyə qulaq asmaq deyil, yalnız istirahət etməkdir. Bu haqda nə 
deyə bilərsiniz. İmam (ə) buyurur: Quranın bu ayəsini nəzərə alaraq 
«Çünki qulaq, göz və ürək – bunların hamısı [sahibinin etdiyi əməl, 
dediyi söz barəsində] - sorğu-sual olunacaqdır.» (İsra-36) 
sənin 
gördüyün bu işin haram olduğuna istinad etmək olar. 
3. İmam Sadiq (ə) oğlu İsmayıla deyir: Möminlərdən bir neçəsi 
sənin yanında şəhadət verərlərsə, o zaman onların şəhadətini qəbul 
et. Çünki, Allah-taala Qurani-kərimdə bu haqda buyurur: 
«Allah da inanır, möminlər də.» (Tövbə-61). 


258 
5. İmam Sadiq (ə), üç dəfə təlaq verilmiş və artıq ərinin onun 
üçün haram olduğu qadınlar haqda buyurur: Əgər həmən qadın 
başqa birisi ilə evlənib və sonra boşanarsa, yenidən əvvəlki əri ilə 
evlənə bilər. Allah-taala Qurani-kərimdə bu haqda buyurur: 
«Ayrı bir kişi ilə nikah etməyincə...» 
6. İmam Sadiq (ə) buyurur: Üç dəfə təlaq verilmiş qadın, başqa 
birisi ilə müvəqqəti evlənərsə (siğə edilərsə), əvvəlki ərinə halal 
olmayır. Allah-taala bu haqda buyurur: 
«Yəni əgər sonrakı əri həmin qadını boşasa, əvvəlki ərlə ailə qurmağın 
eybi yoxdur.» 
Ayələrin zahiri mənasından belə məlum olur ki, üç dəfə təlaq 
verilmiş bir qadın öz əri ilə yalnız o zaman yenidən evlənə bilər ki, 
bir başqasına ərə getmiş və ondan boşanmış olsun. Müvəqqəti 
evlənmədə isə təlaq olmadığı üçün qadının birinci əri ilə 
evlənməsinə icazə verilmir. 
7. Dırnağı düşmüş bir şəxs, imam Sadiq (ə)-dan dəstəmaz alarkən 
necə məsh çəkəcəyini soruşur. İmam (ə) sualın cavabında buyurur: 
Soruşduğun bu sualın cavabı Quranda açıq-aşkar bəyan edilmişdir. 
«O [öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri 
qoymadı.» 
Sonra sözünə davam edərək buyurdu: Dəstəmaz alarkən yaranın 
üzərinə bağladığın tənzifin üzərindən də məsh çəkə bilərsən. 
8. İmam Sadiq (ə)-dan bəzi qadınlarla evlənmək barəsində 
soruşduqda buyurur: Allah-taala onlarla evlənməyi sizlərə halal 
etmişdir. Qurani-kərimdə bu haqda deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin