MüƏLLİFDƏN


 MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə169/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   165   166   167   168   169   170   171   172   ...   182
EL-BEYAN 1 Cİ CİLD

5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR 
Deyirlər:
Mütəşabih adlanan bəzi ayələrin zahiri mənalarına 
əməl etmək, Quranın özündə də yasaq edilmişdir. Belə ki, Ali-
İmran surəsinin 7-ci ayəsində Quranın zahiri mənalarına əməl 
edənlər haqda buyurulur: 
«Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm 
[mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabih [mənaca bir-
birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində əyrilik 
[şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna 
vermək məqsədilə mütəşabih ayələrə uyarlar [tabe olarlar].» 
Burada Allah-taalanın zahiri və ya başqa bir məna nəzərdə 
tutduğunu qətiyyətlə müəyyən edə bilmərik. Bu səbəbdən də 
ayələrin zahiri mənaları mütəşabih adlanır. Onlara istinad və əməl 
etmək isə düzgün deyildir. 
Cavab: 
«Təşabuh» – o ifadələrə deyilir ki, iki və ya daha çox 
məna daşımış olsun və eyni zamanda daşıdığı bütün mənalar 
həmən ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz 
olunduğu zaman daşıdığı mənalar dinləyicinin zehnində fikir 
ayrılığına səbəb olmamalıdır. Oxucu və ya dinləyici bu kimi 
ifadələrlə qarşılaşdığı zaman mənalardan hər hansı birini qəbul 
etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi 
diqqətlə araşdırmalı və yalnız onun nəyi nəzərdə tutduğunu 
müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul 
etməlidir. Deməli, ifadələrin zahiri mənalarını biz heç də mütəşabih 
kimi qəbul etməməliyik. Çünki, ifadələrin zahiri mənaları hamıya 
məlum və bəllidir. 
Əgər mütəşabih kəlməsinin bir neçə mənada işləndiyini və bu 
mənaların heç birinin asanlıqla başa düşülmədiyini, habelə zahiri 
ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə, yenə də 
bizi cümlənin zahiri mənasına əməl etməyimizə mane ola bilməz. 
Çünki, istər əql və düşüncəyə, istsərsə də ümumi kütlənin adət-
ənənəsindən qaynaqlanan bu üsuldan hər zaman və hər yerdə 
istifadə olunur. Quranın zahiri mənalarına gəldikdə, biz yenə də 
həmən üsuldan istifadə etməliyik. Əldə olunan qəti dəlillər və 


266 
sübutlar bizi ayənin zahiri mənasından başqa bir mənaya 
istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mənanı 
qəbul etməməliyik. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin