MüƏLLİFDƏN


QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə175/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   171   172   173   174   175   176   177   178   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ 
ÇƏKİŞMƏLƏRİ 
Qüreyşin və digər qəbilələrin inadkarlıq üzündən Peyğəmbərdən 
(s) möcüzə tələb etdikləri haqda nazil olmuş rəvayətlərə dəlalət 
edən hədislər, kitabın əvvəlki fəsillərində işarə etdiyimiz ayələrin 
təfsirini bir daha təsdiq edir. Belə ki, «Təfsire Burhan»da deyilir: 
«Günlərin bir günündə Peyğəmbər (s) Kəbənin kənarında oturarkən 
Qüreyş qəbiləsindən bir neçə nəfər ona tərəf yaxınlaşır. Vəlid ibni 
Muğeyrə Məxzumi, Əbu Bəxtəri ibni Hişam, Əbu Cəhl ibni Hişam, 
Asim ibni Vail Səhmi, Abdulla ibni Bəni Uməyyə Məxzumi və 
həmən qəbilənin digər şəxsləri də onların arasında idi. Peyğəmbər 
(s), səhabələrinin biri ilə onlara Quran oxuyur və Allahın 
hökmlərini bəyan edirdi. Onlar Peyğəmbərdən (s) bir qədər 
uzaqlaşıb bir-birlərinə dedilər: Məhəmmədin dini ətrafa yayılıb, 
dediyi sözlər daha cəzzabiyyət və əzəmət tapmışdır. Gəlin bir 
tədbir görüb onun nüfuzunun artmasının qarşısını alaq. Harada 
görsək danlaq və tənqid atəşinə tutaq. Belə olduqda tutduğu 
mövqeyi zəifləyəcək və dediyi sözlərin heç bir təsiri olmayacaqdır. 
Getdikcə nüfuzu, ona yaxın olan şəxslərin yanında azalıb, etdiyi 
müraciət və çıxışları öz dəyərini itirəcəkdir. Nəhayət o, bu işindən 
əl çəkib insanları yoldan çıxarmayacaqdır. Buna nail olmadığımız 
təqdirdə daha sərt tədbirlərə əl atmalı olacağıq və onda bizimlə 
onun arasında qılınc hökm edəcək. Ona həmlə edib məhv edəcəyik. 
Söz bu yerə çatdıqda Əbu Cəhl dedi: Bəs Məhəmmədlə danışığa 
girib onunla mücadiləni kim edəcəkdir? 
Abdulla ibni Əbi Uməyyə dedi: Bu işi mən öz üzərimə 
götürürəm. Mənim nə qədər şücaətli və hazırcavab olduğumu 
özünüz yaxşı bilirsiniz. Əgər məni bu işə təyin etsəniz, elə bu saat 


279 
Məhəmmədin yanına gedərəm. Əbu Cəhl dedi: Heç bir etirazımız 
yoxdur. Başda sən olmaqla onun yanına gedin və hamının adından 
özün danış. Birlikdə Peyğəmbərin (s) yanına gəlirlər və Abdulla 
sözə başlayaraq deyir: 
Ey Məhəmməd! Düzünü desək böyük məqam iddiası edirsən!! 
Dediyin sözlər çox böyük və qəribədir!! Deyirsən guya aləmlərin 
Rəbbinin peyğəmbəri və yer üzərindəki nümayəndəsisən. 
Aləmlərin Rəbbinə sənin kimisini peyğəmbərliyə təyin etmək əsla 
yaraşmaz. Çünki, sən də bizim kimi bir insansan, bizdən fərqlənəsi 
heç bir xüsusiyyətin yoxdur. Bizim kimi yeyir, bizim kimi içir və 
bizim kimi küçə və bazarda yol gedirsən. 
İran və Rum padşahlarının nümayəndələri olduqca dövlətli və 
böyük nüfuza malikdirlər. Onlar böyük imarətlərdə yaşayır, 
yüzlərlə kəniz və qulluqçu onlara xidmət edir. 
Aləmlərin 
Rəbbi 
isə 
həmin 
padşah 
və 
onların 
nümayəndələrindən daha uca və daha əzəmətlidir. Və onlar Allahın 
bəndələridirlər. 
Onların 
nümayəndələri 
Allahın 
nümayəndələrindən üstün olmamalıdırmı!? Əgər Allah bizlərə 
peyğəmbər göndərmək istəsə, bu məqama hamıdan yoxsulunu 
deyil, varlı birisini təyin etməlidir. Belə isə əgər Quran həqiqətən 
Allah tərəfindən göndərilmişsə, nə üçün Məkkə və ya Mədinənin ən 
varlı və tanınmış şəxsiyyətlərindən birinə nazil olmamışdır?! Nə 
üçün Quran Məkkədə Vəlid ibni Muğəyrəyə və ya Taifdə Urvət ibni 
Məsud Səqəfiyə nazil olmamışıdır. Onlar ki, bu şəhərlərin ən varlı 
və ən tanınmış sakinlərindəndirlər?! 
Abdulla sözlərini burada bitirdikdə Peyğəmbər (s) buyurdu: Ey 
Allah bəndəsi! Yenə deyəcəyin bir şey varmı? 
Abdulla: Xeyr. Deyəcək bir sözüm yoxdur. Lakin bunu da demək 
istəyirəm ki, quraqlıqdan torpaqları cadar-cadar olan Məkkədə 
çeşmələr çıxarmayınca, dərələrdə dağlar yaratmayınca, özünün və 
bizim istifadə edə biləcəyimiz xurma və üzüm bağları və orada axar 
çaylar yaratmayınca, sənə iman gətirməyəcəyik. Və ya özün dediyin 
kimi, «əgər asiman onların başları üzərinə parça-parça düşərsə, 
yenə də deyərlər: bu parçalanmış buludlardan savayı bir şey 


280 
deyildir.» Göylərdən yağış yağdırıb bizləri razı salasan. Bundan 
sonra bəlkə biz də bu sözləri deyək. 
Abdulla sözlərinə davam edərək dedi: Əgər bütün bunları yerinə 
yetirsən belə, mələkləri bizim hüzurumuza gətirməyincə və biz 
onları yaxından görməyincə, özün üçün qızıldan qəsr yaradıb 
ondan bizlərə də tüğyan etməyimiz üçün ehtiyacımızı ödəyəcək 
qədər bəxş etməyincə, hətta göylərə qalxıb oradan bizim üçün bu 
məzmunda «bu kitab Allah tərəfindən, Abdulla ibni Ubey və onun 
tərəfdarlarına göndərilir ki, Məhəmməd ibni Abdullaha iman 
gətirsinlər. O, həqiqətən Mənim peyğəmbərimdir. Onun dedikləri 
təsdiq olunmalıdır. Çünki, onun dedikləri Mənim sözlərimdir.» bir 
şey gətirməyincə sənə iman gətirmərik. 
Ey Məhəmməd! Bütün bunları yerinə yetirsən belə, bilmirəm 
sənə iman gətirəcəyəm ya yox. Çünki, əgər bizi özünlə göylərə 
qaldırıb oranın qapılarını bizim üzümüzə açsan, bəlkə də 
gözlərimizi bağlayıb bizi sehr etdiyini deyəcəyəm. 
Peyğəmbər (s): İlahi! Sən hər şeyi eşidən və bilənsən. 
Bəndələrinin dediklərinə də hamıdan agahsan. Sonra üzünü 
Abdullaha tutub dedi: Rum və İran padşahları barəsində dediklərin 
və onların nümayəndələrinin, valilərin varlı və nüfuzlu şəxslər 
olduğu tamamilə doğrudur. Lakin Allahın qanun və hökmləri öz 
tədbir və müqəddəsliyi ilə onların hakimiyyət üsulundan və adət-
ənənələrindən tamamilə fərqlidir. O, istədiyi hökmü verir və 
istədiyi şəxsi peyğəmbərliyə təyin edir. Əgər peyğəmbərlərini 
camaatdan fərqli olaraq ixtiyarlarında yüzlərlə kəniz və qulluqçu, 
cah-calallı qəsrlərdə yaşasaydılar, qürurlanaraq peyğəmbərlik 
məqamına xələl gətirməzdilərmi?! Belə olduqda bəşəriyyətin 
hidayəti süstləşərək uçruma yönəlməzdimi?! 
«Əgər həqiqətən peyğəmbər olsaydın, sənin həqqaniyyətinə 
şəhadət verəcək bir mələk gətirərdin. Və biz də onu öz gözlərimizlə 
görüb şəhadət verərdik» deməyin isə çox qəribədir. Çünki, əvvəla 
mələklər gözlə görüləsi bir məxluq deyillər. Mələk havaya bənzər 
zahiri bir varlıqdır. 
Mələkləri mənəvi gözlərinizlə görmənizi fərz etsək də, onları 
gördükdə deyəcəksiniz: Bunlar mələk deyillər, bəşərdirlər. Çünki, 


281 
əgər mələk sizə görünməli olarsa, ünsiyyətdə olduğunuz şəxs kimi 
zahir olar. Və beləliklə siz onunla sərbəst danışa bilər və 
peyğəmbərin həqqaniyyətinə dair verdiyi şəhadəti dərk edə 
bilərsiniz. Belə olduqda isə deyəcəksiniz ki, «o adi bir insandır və 
sənin xeyrinə mələyin adından şəhadət verir». 
Sonra məni sehrkarlıqda ittiham edərək deyərsən. Sən 
sehirlənmişsən. Sənin bu sözün olduqca yersiz və əsassızdır. Əql və 
dərrakəmin sizdən üstün olduğunu çox yaxşı bilirsiniz, amma buna 
baxmayaraq yenə də məni sehrlənmiş adlandırırsınız. Məni 
tanıdığınız gündən qırx yaşı arxada qoyduğum bu günə qədər 
məndən səhv və yersiz bir iş görmüsünüzmü? Yalan və nalayiq 
sözlər danışdığımı, əqlə zidd olan bir hərəkət etdiyimi 
görmüsünüzmü? Bu müddət ərzində həyatın şirinli-acılı günlərini 
görən, həyatın bütün çətinliklərinə sinə gərən, amma bütün bunlara 
baxmayaraq bir dəfə də olsun günaha düçar olmayan bir şəxs, ilahi 
və mənəvi qüvvədən başqa ayrı bir şeyə arxalana bilərmi? 
«Quranın Məkkə və ya Mədinənin varlı və nüfuzlu sakinlərindən 
birinə nazil olmadığı» haqda verdiyin sualın cavabı isə bəllidir. 
Çünki, Allah-taala, insaniyyətin kamal və əzəmətini siz 
düşündüyünüz kimi var-dövlətlə qiymətləndirmir. Dünyadakı var-
dövlət onun üçün heç bir əhəmiyyət kəsb etmir. Siz iqtidarda olan 
bəzi varlı şəxslərdən qorxduğunuz üçün onları hər bir məqama, 
hətta peyğəmbərliyə belə layiq bilirsiniz. 
«Yerdən çeşmələr çıxarmayınca sənə iman gətirməyəcəyəm» 
deməyin də irəli sürdüyün digər şərtlər kimi məntiqsiz və tamamilə 
əsassızdır. Çünki, siz bununla yanaşı elə bir möcüzələr 
göstərməyimi tələb edirsiniz ki, onların həyata keçməsi sadəcə 
olaraq qeyri-mümkündür. Onlardan bəziləri həyata keçsə də, 
peyğəmbərliyi sübuta yetirəcək dəlil hesab etmək olmaz. (Məsələn 
çaylar axan xurma və üzüm bağlarına malik olmaq və s.) 
Məhəmməd bir Allah peyğəmbəridir. Camaatın cəhl və 
nadanlığından sui-istifadə etmək və peyğəmbərliyin həqqaniyyətini 
və dəlalət etməyən dəlillərə istinad etmək isə onun şənindən uzaq 
və təsəvvür olunmazdır. 


282 
Tələb etdiyin möcüzələrin bəziləri əgər həyata keçərsə, sizin 
həlak olmağınıza səbəb ola bilər. Bir halda ki, peyğəmbər öz 
həqqaniyyətini sübuta yetirmək üçün insanları həlak deyil, məntiqə 
əsaslanan möcüzələr göstərir. Sən bu kimi möcüzələri tələb etməklə 
öz həlakətini istəmiş olursan. Allah-taala öz bəndələrinə qarşı 
olduqca mehriban və diqqətlidir. O, insanların nəyə ehtiyac 
duyduqlarını onların özlərindən daha yaxşı bilir. Allahı və 
mələklərin görünməsinin, Allahdan məktub gətirilməsini tələb 
etməyin isə sadəcə olaraq qeyri-mümkündür. 
İrəli sürdüyün tələblərdən belə məlum olur ki, məqsədin həqiqəti 
dərk etmək deyil, inadkarlıq üzündən müxtəlif bəhanələrə əl ataraq 
Allahı və Onun peyğəmbərini istehza etməkdir. Lakin Allah və 
Onun peyğəmbəri bu cür böhtan və istehzalardan uzaq və 
münəzzəhdir. Sözün qısası, gətirdiyin bəhanələr icra olunmayacaq 
və onlara müsbət cavab verilməyəcəkdir. 
İndi isə ayrı-ayrılıqda verdiyim mənfi cavablara təmkinlə qulaq 
as. 
1. «Quraqlıq səhrada çeşmələr çıxarıb orada çaylar axan xurma 
və üzüm bağları yaradılması» barəsində irəli sürdüyün birinci 
tələbin cavabında deyə bilərəm ki, sənin irəli sürdüyün bu tələb 
cəhalət və nadanlığından irəli gəlir. Onu da deyim ki, ilhai 
möcüzələrdən heç bir məlumatı olmayan bir insansan. 
Əgər tələblərinin hər birini yerinə yetirərəmsə və dediyin hər bir 
şeyə malik olaramsa, onda həqiqətən peyğəmbərmi olacağam?! 
İrəli sürdüyün bütün bu tələb buna bənzəyir ki, sanki demiş 
olursan durub qarşımda bir qədər yol getsən peyğəmbərliyini qəbul 
edəcəyəm!! Məgər sənin havadarlarının Taifədə çay altından çaylar 
axan xurma və üzüm bağlarınız yoxdurmu? Məgər siz onlara malik 
olmaqla peyğəmbər olmusunuzmu ki, mən də bu bağlara 
yiyələnməklə peyğəmbər olum. 
2. Göylər parça-parça olub başlarınız üzərinə töküldükdə məgər 
həlak olmayacaqsınızmı?! Belə bir tələbi irəli sürməklə Allah 
peyğəmbərinin sizi həlak etməyinimi istəyirsiniz? Lakin o, sizin 
təsəvvür etdiyinizdən daha mehriban və sizə qarşı daha səmimidir. 
O, sizi həlak deyil, əksinə olaraq ilahi dəlillər gətirməklə haqqa 


283 
hidayət edəcək. Lakin daha bir mühüm məsələyə diqqət 
yetirməlisiniz ki, Allah-taala gətirdiyi dəlilləri insanların istək və 
iradəsi ilə deyil, öz hikmət və tədbiri əsasında həyata keçirir. Çünki, 
insanlar bəzən bu kimi məsələlərdə nəyin onun xeyirinə və nəyin 
onun zərərinə olduğunu ayırd edə bilməyib, tələb edərək özünü 
fəlakətə düçar etmiş olar. Ey Abdulla, məgər bu vaxta qədər 
görmüsənmi ki, həkim xəstənin istəyilə onu müalicə və qazi 
şikayətçinin istədiyi dəlilə istinad etmiş olsun?! 
3. «Qızıl qəsrə malik olmağıma» gəldikdə isə deməliyəm ki, bunu 
heç də peyğəmbərliyimə dəlalət edəcək dəlil hesab etmək olmaz. 
Misir padşahlarının qızıl qəsrlərə malik olduqlarını eşitmisənmi? 
Abdulla: Bəli. 
Peyğəmbər (s): Onlar bu qəsrlərə malik olmaqla peyğəmbərlik 
məqamına çata bilmişlərmi? 
Abdulla: Xeyr. 
Peyğəmbər (s): Belə isə Məhəmməd də qızıl qəsrələrə malik 
olmaqla peyğəmbərlik məqamına nail ola bilməz. Bil ki, 
Məhəmməd sənin savadsızlığından (cəhalətindən) istifadə edib öz 
peyğəmbərliyini sabit etmək istəmir. 
Bütün bunlarla yanaşı «göylərə qalxıb oradan Allah-taala 
tərəfindən məktub gətirməyimi» tələb və yalnız belə olduqda iman 
gətirəcəyini bildirirsən. Bu da əsassız bəhanədən savayı bir şey 
deyildir. Çünki, göylərə qalxmaq, oradan enməkdən daha çətindir. 
Özün etiraf edirsən ki, «göylərə qalxmağın iman gətirməyinə səbəb 
olmayacaqdır». Belə olduğu bir halda oradan məktub gətirməmi 
necə təsdiq edəcəksən. Lakin bütün bunlara baxmayaraq axırda bir 
daha tərəddüdlə iman gətirib-gətirməyəcəyini etiraf edirsən!! 
Demək sən Allah-taalanın dəlilləri qarşısında inadkarlıq edirsən. 
Sən və sənin havadarların bəhanə axtaran və haqqa göz yuman 
inadkar insanlarsınız. 
Allah-taala kitabında sizlərə cvavab olaraq buyurur: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin