25
Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri
toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.
Quran bəşəriyyətin dünya və axirət həyatının
səadət və
xoşbəxtliyini təmin etdiyi üçün hər zaman
ona müraciət etməli və
yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti
təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl
edir.
Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir:
«Quranın
hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan
bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk
etməyə cəhd etməlisən.»
(Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).