30
MÖCÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR
Möcüzənin vacibliyi:
Əqli və
fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti
əbədi səadətə çatdırmaq üçün onların qarşısında
müəyyən həyati
proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən
mərhələləri qət etmədən kamal və səadətə nail olmasını
qeyri-
mümkün hesab etmişdir.
Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə,
Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu
güman etmək olar. Bu isə bir qədər
əvvəl qeyd etdiyimiz kimi,
Onun müqəddəs Zatından uzaq və münəzzəhdir.
Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib
təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki,
bu iki mənfi
xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan
xüsusiyyətlərdəndir.
Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin
etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir
qədər
əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin
olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı
qanun və vəzifələr təyin olunmalı
və bundan sonra, onun
bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz
iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər,
«peyğəmbər» adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa
hidayət etmək və onları tək olan
Allaha ibadət etməyə sövq
etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə
yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da
batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.
«Lakin, Allah olacaq işi [möminlərin qələbəsini, kafirlərin
məğlubiyyətini] yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar
Dostları ilə paylaş: