31
Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə təyin olunmuş
şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-
istifadə
etməməsi üçün, kimsənin qadir olmadığı möcüzələri
göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü
xariquladə işlər adi təbii qanunlardan fərqli olmalı
və qeyd
etdiyimiz kimi, adi insanların istedad və bacarığından xaric
olmalıdır. Yalnız
belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan
bu qeyri-adi işləri «möcüzə», onun icrasını isə ecaz adlandırırıq.
MÖCÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU
TƏSİR
Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın
izn və qüdrətilə həyata keçirilə bilər. Yəni,
qeyb aləmindən ilham
almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür.
Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah
tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə
edərək insanları haqq yoldan azdırması Allah-taalanın
müqəddəs
Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki,
peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə
müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri
tərəfindən təsdiq olunan bir həqiqətdir.
Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini
idarə etmək üçün təyin olunmuş şəxsin
tutduğu mövqeyə şəkk və
tərəddüdlə yanaşsalar, onlar tutduğu
vəzifəni sübuta yetirmək
üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər.
Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi
mükafatlandırılacağını iddia edərsə
və padşah da onu nəzərdə
tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin
padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar.
Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi
ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına təyin etməsi və
onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür.
Demək, adi insan üçün təsəvvür
etmək mümkün olmayan bir
şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə
edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.