39
ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-ci
ayəsində deyilir:
«[Ya Peyğəmbərim!] De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb
bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr,
yenə də ona bənzərini gətirə bilməzlər.»
Tarix boyu məsihilər və islamın digər düşmənləri bu
müqəddəs
ilahi dinin əzəmətini aradan aparmaq üçün milyonlarla pul
xərcləmiş və saysız-hesabsız məkirli planlar tərtib edərək həyata
keçirmişlər. Əgər onlar Qurana oxşar bir surə də yazmış olsaydılar,
islamın məhvi uğrunda gecə-gündüz fədakarlıq
göstərən şəxslər
bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar.
«Onlar Allahın nurunu [islam dinini] öz ağızları [öz iftiraları və
şər sözləri] ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna
gəlməsə də – öz nurunu [dinini] tamamlayacaqdır.» ( Əs-səf-8).
3. Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə,
insan bir
müddət məşğul olduqda onun kimi və ya heç olmasa ona oxşar
ifadələr bəyan etməyə qadir olur. Bu hamıya məlum olan ümumi
bir qanundur. Qurani-kərim isə bu ümumi qanundan istisnadır.
Belə ki, insan nə qədər çox Quran əzbərləsə, onun ayələri haqda
düşünüb-daşınsa, nəhayət fəsahət və
bəlağət elmlərinə dərindən
yiyələnsə bu işin qeyri-mümkünlüyünü daha yaxşı dərk etmiş olar.
Demək, etiraf etmək lazımdır ki, Quranın bəyan tərzi və onun ifadə
üslubu təkrarolunmaz olub təlim olunası deyildir.
Buradan belə məlum olur ki, əgər Quran Peyğəmbər (s)-ın öz
buyurduqları sözlərdən ibarət olsaydı, onda o, nəql olunmuş digər
hədis və rəvayətlərə oxşar olmalıydı. Quran və hədis üslubları
arsında belə bir oxşarlıq nəzərə çarpsaydı, islam düşmənləri bunu
nəzərdən qaçırmaz, onu istifadə etdikləri planlara və müsəlmanlara
qarşı tərtib etdikləri mübarizə proqramına daxil edərdilər.
Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir
sahəsində va ya müəyyən bir janrda
müvəffəqiyyət qazana bilən
şəxslər, digər bölümlərdə öz məharətlərini bir o qədər də göstərə
bilmirlər.
Məsələn, gözəl şer ustaları nəsr yazmaqda,
dastan yazanlar şer
sənətində, nohə yazanlar hekayə və poema yazmaqda bir o qədər
40
də uğur qazana bilmirlər. Qurani-kərimdə isə biz bunun tam əksini
müşahidə edirik. Bu müqəddəs kitabda müxtəlif mövzular haqda
söhbət açılmasına
baxmayaraq, bir neçə ədəbi fənlərdən istifadə
olunmuş və onların hamısında fəsahət və bəlağət qanunlarından ən
yüksək formada istifadə olunmuşdur.
Dostları ilə paylaş: