41
səhnəsində rəqibi olmayan, qiyamət gününədək bəşəriyyətə hakim
olan əbədi ilahi qanundur.
2. O dövrün möcüzələri məhdud və müvəqqəti olduğu üçün,
keçmiş şəri hökm və ictimai qanunlar da qüvvədən düşmüş hesab
olunur.
Quranın özünəməxsus xüsusiyyəti,
onu digər peyğəmbərlərin
möcüzələrindən fərqləndirir və ona xüsusi dəyər verir. O da,
Quranın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi
və onlara belə bir həyat tərzini təlim verməsidir. Bildiyimiz kimi
cahiliyyət
dövründə
yaşayan
ərəblər
əxlaq
normalarına
yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş
kəslər olmuşlar. Quran belə bir inadkar qövmü, daha dəqiq desək
milləti, cəhalət, rəzalət və zülmətdən çıxarıb
yüksək mədəniyyətə,
həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-
ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər
bir şəxs, Quranın əzəmətini və bəşəriyyətin hidayətində qoyduğu
izin şahidi olacaqdır.
Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini
uçuruma doğru aparır və onların qarşısına zülmət pərdəsi çəkirdi.
Quran bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq olmuş
ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl
kiçik bəhanələrlə bir-birinin qanını tökməyə hazır olan cahil ərəblər,
islamı qəbul etdikdən sonra Allah yolunda canlarını, mallarını və
hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın
haqq yolunda
şəhadət şərbətini içməyə tələsirdilər.
Təbəri öz tarix kitabında yazır: «Müsəlmanlar Bədr döyüşünə
tədarük gördükləri zaman, islam fədailərindən biri olan Miqdad,
Peyğəmbər (s)-ın yanına gəlib deyir:
Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir!
Biz də son damla qanımıza qədər bu yolda sənə yardımçı olacağıq.
And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a «Sən öz
Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!»
söylədiklərini deməyəcəyik. Biz sənə deyirik: «Allahın sənə
yardımçı olsun və get düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə
kimi sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik.
42
And olsun səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha! Əgər
bizi dəhşətli tufanlardan keçərək
Həbəşistana doğru hərəkət
etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu
yolda əlimizdən gələni əsirgəməyəcəyik.» Peyğəmbər (s) Miqdada
öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.»
Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən
çəkinməyən
və
bütpərəstliklə
mübarizə
aparan
qabaqcıl
müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə
edən möminlər onlarca idi.
Quran, bütləri özlərinə tanrı bilən
daşürəkli insanlardan olan
düşmənlərə qarşı barışmaz, möminlərə isə mehriban olan haqsevər
insanlar tərbiyə etdi. Quran, səksən il ərzində müsəlmanları,
başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri
qələbəyə çatdırdı.
Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin
səhabələri ilə müqayisə etsək görərik ki, onların qısa müddət
ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi,
müsəlmanların Qurana olan bağlılıqları və ondan aldıqları
mənəvi
ilham olmuşdur.
Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin
tarixinə nəzər salaq. Onların barəsində azacıq mütaliə etməklə,
həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə qədər
biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz
düşmənləri ilə birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da
onları cəmiyyətdən təcrid edərək mağaralara sığınmağa və
mübarizə meydanını tərk etməyə məcbur etmişlər.
Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və
islam dininə olan fədakarlıqlarını, Quranın digər möcüzələrindən
biri hesab edə bilərik. Gələcək fəsillərdə biz bu barədə ətraflı söhbət
açacağıq.