MüƏLLİFDƏN


QURANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə27/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   23   24   25   26   27   28   29   30   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN 
MÖCÜZƏLƏRİ 
QURAN VƏ SAVADSIZ PEYĞƏMBƏR 
Qurani-kərimin bir çox ayələrində Peyğəmbərin (s) savadsız 
olması və kimsədən dərs almamasına dəfələrlə işarə olunmuşdur. 
Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə ilə 
ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu 
haqda nazil olmuş Quran ayələrini onların qarşısında tilavət 
etmişdir. Onlar da hamılıqla bu həqiqəti qəbul etmiş, inkar etməyə 
heç bir dəlil tapa bilməmişlər. 
O həzrət, hətta ibtidai savad almamasına baxmayaraq
bəşəriyyətə hikmət dolu, alim və mütəfəkkirləri özünə cəlb edən
şərq və qərb filosoflarını heyran qoyan və qiyamət gününədək 
əbədi olaraq qalacaq ilahi vəhyi – Quranı özü ilə gətirdi. 
* * * 
Əgər bəzi inadkar şəxslərin Peyğəmbər (s)-ın müxtəlif elm və 
fənlərə yiyələndiyinə dair irəli sürdükləri iddianı həqiqət olaraq 
qəbul etsək də belə, yenə irəli sürülən iddia cavabsız olaraq 
qalacaqdır. Çünki, əgər Peyğəmbər (s) zəmanəsinin alim və 
bilicilərindən dərs alsaydı, öz dəvət və bəyanatlarında onların 
təcrübəsindən istifadə etməli idi. Amma tarixə nəzər saldıqda, biz 
bunun tam əksini müşahidə edirik. 
Peyğəmbər (s) bütpərəstlik və xurafatla mübarizə aparır, 
təkallahlıq etiqadının əsasını qoyurdu. Peyğəmbərlə (s) müasir 
olanlarlar da ya bütpərəstlər, yaxud da Kitab əhli adlanan yəhudi 
və məsihilər idi. Peyğəmbər (s)-ın islamın təbliğində onlardan 
bəhrələndiyini güman edənlər də sözsüz ki, böyük səhvə yol vermiş 
olarlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı ki, 
Quranın, Tövrat və İncillə məna və məfhum baxımından müəyyən 
bir oxşarlığı olmuş olsun. Həqiqət isə tam bunun əksinədir. Quran 
xurafat və yanlış etiqadlarla mübarizə aparır. Tövrat və İncilin 


44 
ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Quranın 
bəşəriyyətə təqdim etdiyi təkallahlıq, əxlaq, elm, mərifət prinsipləri 
«ətiqeyn» (Tövrat və İncil) də bir çox hallarda nəzərə çarpan xurafat 
və iftiralardan uzaq və oxşarsızdır. Quran tövhid və Allahtanıma 
prinsiplərinə xüsusi diqqət yetirir. Burada Allah-taala bütün eyb və 
nöqsanlardan münəzzəh tutularaq, Ona layiq olan ən gözəl 
sifətlərlə vəsf edilmişdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin